SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yasamalın yeni icra başçısı prezidentin tapşırıqlarını necə icra edir?- Araşdırma

Yasamalın yeni icra başçısı prezidentin tapşırıqlarını necə icra edir?- Araşdırma

Tarix:

16-09-2018, 12:32

/ 1 596 dəfə oxundu.
Yasamalın yeni icra başçısı prezidentin tapşırıqlarını necə icra edir?- Araşdırma

Prezidentin tapşırıqları Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən layiqli şəkildə yerinə yetirilməkdədir

Cahan.info xəbər verir ki, icra başçısı Əziz Əzizov sakinlərlə səyyar görüşləri intensivləşdirib.

İcra başçısı dayanmadan işləyir, problemləri dinləyir, tapşırıqlar verir, sakinləri narahat edən məsələlərin həllinə göstərişlər verir.

Sentyabrın 13-də 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində Bakıxanov küçəsi, 2 nömrəli yaşayış binasının sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

son bir neçə ay ərzində rayon ərazisində 20 yeni abad məhəllə salınması istiqamətində geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Artıq Hüseyn Cavid prospekti 87 A, Yeni Yasamal yaşayış massivində Əhməd Cəmil küçəsi 70, Dadaş Bünyadzadə küçəsi 14, Əsəd Əhmədov küçəsi 3 və 5 , Xarici Dairəvi yol 11 nömrəli yaşayış evlərinin ətrafında “Abad məhəllə” layihələri uğurla başa çatdırılıb.

Ümumilikdə Yeni Yasamal yaşayış massivində bütün küçələrdə yenidənqurma və asfalt örtüklərinin vurulması işləri aparılmışdır.

Hazırda xeyli müddət baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş Yeni Yasamal parkında təsdiq olunmuş layihəyə uyğun olaraq ən müasir tələblərə cavab verən istirahət məkanının yaradılması, Məhəmməd Xiyabani, Dadaş Bünyadzadə küçələrində və “A” keçidində abadlıq-quruculuq işləri davam etdirilir.

Bakıxanov küçəsi, 2 nömrəli yaşayış binasının sakinləri yaxınlıqdakı İzmir parkında sanitar-gigiyena tədbirlərinin həyata keçirilməsi, 60 nömrəli məktəbdə oxuyan şagirdlərin təhlükəsliyini təmin etmək məqsədi ilə keçidin inşası, eyvanların qəzalı vəziyyətdə olması ilə əlaqədar tədbirlərin görülməsi, digər ərazilərdə yaşayan sakinlər Mirzə Ağa Əliyev küçəsində qəzalı vəziyyətdə olan 150 nömrəli yaşayış binasında yaşayan sakinlərin köçürülməsi, İzmir küçəsi, 5 Anömrəli yaşayış binasının ətrafında aparılan tikinti işləri, yaşıllıqlar və digər sosial problemlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət ediblər.

İcra başçısı sentyabrın 6-da isə “Sovetski” sakinləri ilə görüşmüşdü. Əziz Əzizov söküntü işlərinin II mərhələsində dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə isə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün söküntüsü nəzərdə tutulduğunu sakinlərin diqqətinə çatdırıb.

Eyni zamanda Hüseyn Cavid prospekti, 518-ci məhəllənin sakinləri, 1 Alatava, Nazim Hikmət küçəsinin sakinləri ilə görüşlər keçirilib.

Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, uşaq bağçası tikilir, sosial layihələr həyata keçirilir.

Dövlət başçısı tərəfindən ölkə əhalisinə göstərilən diqqət və qayğı günü-gündən artırılır, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.

Son bir neçə ay ərzində rayon ərazisində bir sıra binaların qarşısında 17- yeni abad məhəllə salınması istiqamətində sürətli abadlıq işləri görülür.

Bu məhəllələrdən artıq bir neçəsi istifadəyə verilib. Həmçinin bugünədək 24 binanın blokları təmir olunub. Rayon sakinlərinin rahatlığını təmin etmək məqsədilə yaşayış binalarının bloklarında təhlükəsizlik kameralarının quraşdırılması da nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ