SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yasamalın yeni icra başçısı neqativ zolaqda... - Özünü sığortalanmış bilir, amma...

Yasamalın yeni icra başçısı neqativ zolaqda... - Özünü sığortalanmış bilir, amma...

Tarix:

8-06-2018, 13:01

/ 1 347 dəfə oxundu.
Yasamalın yeni icra başçısı neqativ zolaqda... - Özünü sığortalanmış bilir, amma...

Məlum olduğu kimi, bütün icra hakimiyyəti başçıları haqqında konkret olaraq Prezident Administrasiyasında materiallar toplanır ki, bu faktlar əasaən həmin rayon rəhbərlərinin fəaliyyətlərinin təhlili üçün mühüm əhəmiyyət daşıyır. O da məlumdur ki, davamlı olaraq PA tərəfindən barələrində ən çox şikayət olunan icra hakimiyyəti başçıları haqqında da statistik məlumatlar açıqlanır.

Bütün bunları xatırladan məlumatlı mənbə bildirir ki, kimlər tərəfindənsə, həmin məlumatlar sıradan stastika kimi qələmə verilsə də, əslində prezidentin icra başçıları ilə bağlı qərarlarında PA tərəfindən hazırlanan, toplanan materialların xüsusi təsirinin olduğu bir faktdır. Mənbənin DİA.AZ-a söylədikləri:

"Buna görə də, icra başçıları barələrində gedən neqativləri aradan qaldırmağa daha çox maraq göstərməlidirlər. Amma görünür ki, bəzilərinin belə bir diskimfortu yoxdur və özlərini "Bağdadın kor xəlifələri" hiss edən həmin icra başçıları başları əhləd daşına dəyəndə - prezident tərəfindən cəzalananda ayılırlar. Halbuki onlara dəfələrlə xəbərdarlıqlar olunur. Bu xəbərdarlıqlar müxtəlif formada olur: birbaşa xitabla da, dolayı mövqe ifadəsi ilə də. Amma bir daha qeyd edək ki, hər kəs nəticə çıxara bilmir".

Mənbə icra hakimiyyəti başçılarının bir xüsuslarına da diqqət çəkir: "Məsələn, icra başçılarının bəziləri elə düşünürlər ki, onlar hələ postlarında təzədirlər və onlara hələ 5 il toxunan olmayacaq. Bu, kökündən yanlış fikirdir. Bunun əıksini sübutlayan yetərincə sübutlar var. Qalmaqalla yola salınan Şəkinin icra başçısı olmuş Murad Cabbarov heç 2 il mövqeyində duruş gətirə bilmədi".

Mənbə bildirir ki, yeni təyin olunan icra başçılarından biri - Yasamalın rəhbəri Əziz Əziov əslində karyerasında təzə olmasa da, özünü yetərincə naşı fiqur kimi aparmaqdadır: "O, əslində Cəlilabada başçılıq etdiyi dövrdən təcrübə toplamalı idi. Amma görünür ki, hər zaman himayə altında olub, onun qüsurları ört-basdır edilib. İndi isə media güzgüsünə daha da yaxın olduğundan barəsində neqativlər də operativ şəkildə ictimailəşir. Bu isə yeni bir icra başçısı üçün olduqca mənfi haldır. Elə bir vəziyyət yetişə bilər ki, Əziz Əzizovu hətta himayədarları belə qurtara bilməz. Hətta ona postunda yeni olması faktoru da kömək etməz".

Mənbənin iddialarına görə, artıq Əziz Əizovun barəsindəki neqativ rəy "yuxarıların" da diqqətini cəlb edib.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin fikirlərini dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ