Daha üç deputat yeni vəzifəyə seçildi
Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.
Nümayəndə heyətinin rəhbəri Fuad Muradov, sədr müavini Rövşən Rzayev, üzvü Muxtar Babayev tərkibdən çıxarılıblar.
Onların əvəzinə deputatlar Tahir Mirkişili, Cavanşir Feyziyev və Azər Kərimli Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin üzvü seçiliblər.
Qeyd edək ki, Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin rəhbəri də yenidən seçilib və bir neçə gün öncə bu vəzifə deputat Sahibə Qafarovaya həvalə edilib.
Bundan əvvəl Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov idi.
Bu dəyişiklik də hər üç şəxsin yüksək dövlət vəzifəsinə təyin olunmasından irəli gəlir. Belə ki, F.Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, R.Rzayev “Dövlətqaçqınkom”un sədri, M.Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək