SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qaradağ rayonunda QOÇU DƏSTƏSİ və ya icra hakimiyyətinin “KARANTİ”si - Nadir İsmayılov

Qaradağ rayonunda QOÇU DƏSTƏSİ və ya icra hakimiyyətinin “KARANTİ”si - Nadir İsmayılov

Tarix:

6-06-2018, 12:11

/ 1 895 dəfə oxundu.
Qaradağ rayonunda QOÇU DƏSTƏSİ və ya icra hakimiyyətinin “KARANTİ”si - Nadir İsmayılov

Dünən Miq.Az-ın redaksiyasına daxil olan şikayət məktubunda Qaradağ rayon icra hakimiyyətinin özbaşınalığından bəhs olunur.
Qaradağ rayonunda yaşayan bir qrup sakin redaksiyamıza göndərdiyi şikayətində bildirirlər ki, icra hakimiyyətinin məmurları insanların səbir kasasını doldurub. Belə ki, icra hakimiyyətinin məmuru Nadir İsmayılov vətəndaşlara əməlli başlı divan tutur. Özü ilə 10 nəfərlik polis dəstəsi gəzdirən Nadir İsmayılov sözün bütün mənalarında insanların evlərini yıxmaqla məşğuldur.
Belə ki, vətəndaşların hətta yaxasından yapışan Nadir İsmayılov onlara söyüş belə söyməkdən çəkinmir. Məqsəd də budur ki, qarşı tərəfin əsəblərini yerindən oynadan bu məmur yalandan özünə güc tətbiq etdirmək istəyir. Belə olan halda həm icra hakimiyyətinə, həm də polisə "çörək” ağacı qazanır və qazandırır...
Nadir İsmayılov Qaradağ rayonunda Şağan qəsəbəsi, Primorsk və Sanqaçal qəsəbələrində bir neçə il bundan qabaq hər adamdan ev tikintisinə görə 4-5 min manat pul alıb, "xeyir –dua” vermişdisə, bu gün həmin insanları yenidən gözüm-çıxdıya salıb ki, bu "xeyir-dua” təzələnməlidir.
Xüsusən də Bakı-Astara magistralına yaxın ərazilərdə məhz Nadir İsmayılovun "xeyir-duası” ilə tikilən obyektlər bu gün sökülməklə hədələnir. Səbəb də sadə...
Dünən hadisə yerinə yollanan müxbirimizin vətəndaşlarla söhbətində maraqlı hadisələr meydana çıxıb...
Süleyman Mikayılovun Lənkərandan bəslədiyi Nadir İsmayılov əslində kimdir?
Qaradağ icra hakimiyyətində bu adama niyə "Karanti" ləqəbi qoyulub?
Qaradağ icra hakimiyyətində aparat işçilərini belə başçıya satan bu məmurun Süleyman Mikayılova sevgisi hardan və nədən qaynaqlanır?
Lənkəranlı bu məmurun hətta lənkəranlılar arasında nifrət qazanmasının səbəbini görəndə özünüz də şoka düşəcəksiniz...
Sabah Miq.az-da Nadir İsmayılovun qoçu dəstələri ilə yıxdığı evlərin videosuna yalnız burdan baxa biləcəskiniz...
65 yaşlı ikinci qrup əlilin evinə polis dəstəsi ilə basqın edən və ətrafdakılara küçə söyüşləri söyüb özünü küçə uşağı kimi aparan "Karanti" ləqəbli Nadir İsmayılova dur deyən tapılacaqmı?

Daş karxanalarının başına daş salan Qaradağ icra hakimiyyəti...

Bizi izləyin....

Miq.Az

Şərhlər

XƏBƏR LENTİ