SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 8 yaşlı “Unikal”

8 yaşlı “Unikal”

Tarix:

6-06-2018, 11:59

/ 1 656 dəfə oxundu.
8 yaşlı “Unikal”

Bu gün "Unikal” qəzeti və "Unikal.org” internet portalının fəaliyyətə başlamasından 8 il ötür.

Bu media qurumları ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib. Uzun illər "Unikal" qəzeti yazılı mətbuat sırasında öz dəstixətti ilə seçilib. Son illər isə Unikal.org saytı elektron media qurumları arasında özünəməxsus yer tutaraq ön sıraya çıxa bilib.

"Unikal.org"a istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur. Gün ərzində saytda müxtəlif sahələri əhatə edən 150-dən çox xəbər yayımlanır.

Son illər saytın oxucuları kifayət qədər artıb və sosial şəbəkələrdə də böyük izləyici kütləsi toplayıb.

xalqxeber.az olaraq biz də həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Şərhlər

XƏBƏR LENTİ