XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir

Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir

Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir
Bu gün, 12:24

Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir.

Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirə videomüraciətində deyib.

Onun sözlərinə görə, COP31 yalnız yeni öhdəliklərin müzakirə edildiyi bir zirvə olmayacaq:

"Türkiyə COP31-ə evsahibliyi edərək Bakı hədəfi başda olmaqla COP29-da ortaya qoyulan öhdəliklərin icrasını diqqətlə izləyir. Çünki çoxtərəflilik dediyimiz etibarlılıq yalnız hədəflər müəyyən etməklə deyil, verilən vədlərin yerinə yetirilməsi, qərarların praktikada tətbiq və s. ilə təmin olunur. COP31 əməkdaşlığın və konkret nəticələrin ön plana çıxarıldığı bir COP olacaq. Çünki dünya artıq sadəcə yeni vədlər eşitmək istəmir. Dünya verilən vədlərin həyata keçirildiyini görmək istəyir".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.