SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü - HEYDƏR ƏLİYEVİN GÖSTƏRİŞİ İLƏ VURULMUŞDU...

“Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü - HEYDƏR ƏLİYEVİN GÖSTƏRİŞİ İLƏ VURULMUŞDU...

Tarix:

17-05-2018, 15:41

/ 2 457 dəfə oxundu.
“Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü - HEYDƏR ƏLİYEVİN GÖSTƏRİŞİ İLƏ VURULMUŞDU...

Bakıdakı “Hyatt Regency Naxçıvan” otelinin üzərindən “Naxçıvan” lövhəsi götürülüb. Bunu redaksiyamıza oxuculardan biri çatdırıb, lövhənin götürüldüyünü əks etdirən fotonu təqdim edib.

Həmin otelinin adının “Hyatt Regency Naxçıvan” olmasının və lövhənin öz tarixçəsi var. Virtualaz.org xatırladır ki, bu otel sovet dövründə mövcud olmuş “Naxçıvan” mehmanxanasının yerində ötən əsrin 90-cı illərinin ortalarında inşa edilib. “Naxçıvan” mehmanxanasını özəlləşdirən və onun yerində Azərbaycanın ilk beşulduzlu otelini inşa edən İran əsilli britaniyalı iş adamı Paolo Pərviz idi.
Və Paolo Pərviz keçmiş “Naxçıvan” mehmanxanasının yerində inşa etdiyi otelə dünyanın ən məşhur otel brendlərindən birinin adını (françayzinq müqaviləsi əsasında) vermişdi. Otelin açılışına o vaxtkı dövlət başçısı Heydər Əliyev qatıldı və açılış mərasimində otelin adında “Naxçıvan” sözünün olmamasına görə mədəniyyət naziri Polad Bülbüloğluna irad tutdu. Prezidentə izah edildi ki, “Hyatt Regency” brendi ilə bağlanmış müqaviləyə əsasən otelin adı “Hyatt Regency Baku” olmalıdır. Lakin Heydər Əliyev “Naxçıvan” sözünün də hansısa formada otelin adında əks edilməli olduğunu bildirdi. Nəticədə Paolo Pərviz otelin adını “Hyatt Regency Nakhchivan” olaraq dəyişdirdi.

İndi isə “Naxçıvan” sözü otelin üzərindən qoparılıb. Bunun otelin adının rəsmən dəyişdirilməsi ilə bağlı olduğu təxmin edilir. Oteldən lövhənin qoparılması ilə bağlı şərh almaq cəhdlərimiz nəticə vermədi.

Şərhlər

XƏBƏR LENTİ