SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » TƏHSİL NAZİRİ «DOSTU» BARƏDƏ NİYƏ ÖLÇÜ GÖTÜRMÜR?

TƏHSİL NAZİRİ «DOSTU» BARƏDƏ NİYƏ ÖLÇÜ GÖTÜRMÜR?

Tarix:

16-05-2018, 09:37

/ 1 501 dəfə oxundu.
TƏHSİL NAZİRİ «DOSTU» BARƏDƏ NİYƏ ÖLÇÜ GÖTÜRMÜR?

BİR SİNİFDƏN QOVULAN ŞAGİRD DİGƏR SİNİFƏ QƏBUL EDİLİR — 165 SAYLI MƏKTƏBDƏ BAŞLAMAQ DA ÇƏTİN, BİTİRMƏK DƏ
Yeni təsdiq olunmuş təhsil naziri Ceyhun Bayramovun dostu olduğunu deyən, xəbərçilik etməyən müəllimə dərs saatı verməyən, rəhbərlik etdiyi təhsil müəssisəsini intriqa və dedi-qodu yuvasına çevirən, ədalətsevər ziyalıları perik salan 165 saylı orta məktəbin direktoru Vüqar Məmmədov barəsində tənqidi məqaləmiz saytımızıın oxucularına təqdim olunandan sonra redaksiyamıza sözügedən məktəbdə baş verən haqsızlıqlar barədə yeni-yeni məlumatlar daxil olmaqdadır. Bildirilir ki, tərəqqipərvər müəllimlər sırasından Hidayət Ocaqverdiyev direktorun demokratiyanı boğmasından Bakı şəhəri üzrə Təhsil İdarəsinə şikayət edibmiş. Amma BŞTİ rəhbərliyi onun uca səslə dediyi həqiqətlərə deyil, Vüqar Məmmədovun pıçıldadığı yalanlara əhəmiyyət verib. Direktor da öz növbəsində şikayətlənib ki, guya Ocaqverdiyev onun işinə mane olur.
Bu mövzuda yazdığımız ötən məqalədə qeyd etmişdik ki, direktorun pulyığanı BŞTİ müdirinin Məhəbbət Vəliyevanın «qara kassası» kimi tanınan Yaqut Məmmədovanın bibisi qızı Validə Ağalarovadır. Bu qadın direktorun IX, X, XI siniflər üzrə müavini olmaqla, onun ən «simsar» adamına çevrilib. Çünki ali məktəbə hazırlaşan yuxarı sinifdəkilər şagird kontingentinin ən çox manipulyasiyaya məruz qalan kəsimidir. Bildirdiyimiz kimi, direktor dərs ilinin əvvəlində XI — lər sırasından qaraladıqlarını sinif jurnalından çıxarır, ilin sonunda isə «öz imtahanından» keçirərək, başqa sinfin siyahısına qəbul edərək sonucda attestatla təmin edir. Bu dəfəki məlumatda həmin şagirdlərin adları da açıqlanıb: Sultanov Məlikəli, Əsgərzadə Şəms, Əsgərzadə Zülf.üqar.. Həmin sırada hətta adı çəkilməyən elə şagird var ki, 10 — dan çox fənndən qaib və»qeyri-kafi» qiymət alıbmış. Bu azmış kimi rus sektorundan qovulduğu halda, attestat almaq ərəfəsində direktorun «sehrli çubuğu» sayəsində azərbaycandilli sektora qəbul edilib.

Məlumatda həmçinin bildirilir ki, direktor V.Məmmədov öz maraqlarını güddüyü vəzifə bölgüsündə təşkilatçı müavini, təsərrüfat işləri üzrə müavini,katibəni də şantajla işdən çıxarmağa nail olub.

Mövzuya qayıdacağıq.

DƏRYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ