Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali dövlət mükafatı olan “Ağ Şir” ordenindən məhrum edilməsinə çalışır.
Bu barədə Çexiyanın CTK agentliyi məlumat yayıb.
Məlumata görə, bu təklif Çexiya hökumət koalisiyası partiya liderlərinin növbəti görüşündə irəli sürüləcək. Eyni zamanda təşəbbüs respublika parlamentinin aşağı palatasına (Deputatlar Palatası) da təqdim olunacaq.
Zelenskinin mükafatdan məhrum edilməsi təşəbbüsü ilə parlamentin aşağı palatasının deputatı Yindrjix Rayxl çıxış edib. O, bu addımı atarkən Polşanın nümunəsindən ilhamlandığını gizlətməyib:
“Bizim ali dövlət mükafatımızın hərbi bölmələrə nasist canilərinin adlarını verən bir şəxsdə qalmasına səssiz qala bilmərik”.
Xatırladaq ki, Polşa ilə Ukrayna arasındakı münasibətlər Polşa lideri Karol Navrotskinin Ukrayna Silahlı Qüvvələrinin briqadasına Volın qırğınını törədən nasist əlaltılarının adının verilməsi səbəbindən ukraynalı həmkarı Volodimir Zelenskini respublikanın ali mükafatı olan “Ağ Qartal” ordenindən məhrum etməsindən sonra kəskinləşib.
Buna cavab olaraq ukraynalı diplomatlar, liderin ofis rəhbəri və ölkənin sabiq prezidentləri Polşa mükafatlarından imtina ediblər. Zelenski isə ordeni poçt vasitəsilə geri qaytarıb.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı