SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » SƏTTAR MEHBALIYEVİN KOMİTƏ SƏDRİ HİKMƏT OSMANOVDAN PREZİDENTƏ ŞİKAYƏT

SƏTTAR MEHBALIYEVİN KOMİTƏ SƏDRİ HİKMƏT OSMANOVDAN PREZİDENTƏ ŞİKAYƏT

Tarix:

30-04-2018, 16:36

/ 2 397 dəfə oxundu.
SƏTTAR MEHBALIYEVİN KOMİTƏ SƏDRİ HİKMƏT OSMANOVDAN PREZİDENTƏ ŞİKAYƏT

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov vətəndaşın Qubadakı qanuni evini və torpağını necə zəbt edib?
Ölkəmizdə məmur özbaşınalığı bitib tükənmək blimir. Məmurlar, sanki insanlara zülm vermək üçün yarışa giriblər. İstirahət və müalicə üçün Avropaya üz tutan və orada bütün demokratik prinsiplərə əməl edən məmurlarımız, öz ölkəmizdə insan hüquqlarına hörmət qoyulması, vətəndaşa dəyər verilməsi məsələsi gələndə özlərini C.Məmmədquluzadənin XIX əsrdə yaşamış personajları kimi aparırlar. Vətəndaşların malını, mülkünü, əmlakını heç bir hüquqi qaydalara, qanunlara məhəl qoymadan, tamah dişlərini qıcayaraq, qamarlayıb mənimsəmək, bu məmurların, sanki şakərinə çevrilib.
Təəssüflər olsun ki, belə məmurlardan biri də Respublika Həmkarlar İttifaqları Konfederasiyasının komitə sədri, sabiq millət vəkili Hikmət Osmanovdur. Onun məmur özbaşınalığı barədə Sumqayıt şəhəri 1-ci mkr ev 122, mənzil 34-də yaşayan Abıyev Mabil Hikmət oğlunun dövlət başçısına və digər güc strukturlarının rəhbərlərinə, bir surəti də qəzetimizə ünvanlanmış müraciətində geniş bəhs olunur. Deməli, hadisə belə olub.
Mabil Abıyevin həyat yoldaşı Abıyeva Minarə Ələkbər qızı əslən Quba rayonun Afurca kəndindəndir. Minarə xanımın dayısı Şükürov Nuru Salman oğlu və onun həyat yoldaşı, həm də Minrə xanımın bibisi Şükürova Gülzar Kərəm qızı elə həmin kənddə yaşayıblar, onların övladları olmadığından Minarə Abıyeva hər həftə, ər-arvad olan dayısı və bibisinin yanına gəlir, onların qulluğunda dayanır, həftəlik lazım olam məişət problemlərini həll edib, geri qayıdır. 1988-ci ildə bibisi, 1996-cı ildə dayısı vəfat etmişlər. Onlardan sonra tez-tez də olmasa, ayda bir dəfə doğulduğu kəndə baş çəkib, dayısı və bibisinin sahibısiz qalmış evlərinə və həyətyanı torpaq sahəsinə nəzarət edir. Lakin müəyyən xəstəlik üzündən son illər dayısı və bibisinin evlərinə aylarla gedə bilmir. Afurca kəndindəki həmin evin yaxınlığında isə “Dağ havası” istirahət kompleksi yerləşir. Bəs bunun mətləbə nə dəxli var? Bəli, bəla da elə bundadır ki, həmin istirahət kompleksi yuxarıda adını çəkdiyimiz keçmiş deputat Hikmət Osmanova məxsusdur. Şikayətçinin sözlərinə görə, Hikmət Osmanov başqa istiirahət məkanlarına verilməli olan göndərişləri elə özünün istirahət kompleksinə yazdırır. Çünki sel kimi gələn bu pulu H.Osmanov başqa istirahət məkanlarının rəhbərlərinə etibar etmir.
Necə deyərlər, kasıbın malı gözünün qabağında gərək. Elə “Dağ havası” istirahət kompleksi də gözünün qabağında olması üçün 2017-ci ildə Minarə Abıyevaya məxsus həmin evi və həyəti zəbt edir. Guya həmin yer sahibsiz olduğundan H.Osmanov “nə yoğurub, nə yapıb, hazırca kökə tapıb”. Ancaq əvvəl bioloq, sonra isə hüquqşünas olan H.Osmanov bilməli idi ki, hər bir qarış yerin də yiyəsi var. M.Abıyeva da hələ sahibsiz qalan dayısının və bibisinin evinə və torpağına 2008-ci ildə Quba rayon Məhkəməsinin qərarı ilə vərəsəlik hüququ qazanıb. Quba rayon Məhkəməsinin 3 iyul 2008-ci il tarixdə hakim Füzuli Pənahovun sədrliyi ilə keçən iclasında belə bir qətnamə qəbul edilib: “İddia təmir edilsin. Abıyeva Minarə Ələkbər qızı tərəfindən Şükürov Nuru Salman oğlunun xüsusi mülkiyyətində olmuş, Quba rayonu Afurca kəndində yerləşən 1965-ci ildə inşa edilmiş 37,2 kvm ümumi sahəsi, o cümlədən 24.2 kvm yaşayış sahəsi və 13.0 kvm yarıdımçı sahəsi olan miras evin qəbul edilməsi faktı təsdiq edilsin və həmin evə 1600 kvm torpaq sahəsi ilə birlikdə vərəsəlik üzrə onun mülkiyyət hüququ tanınsın. Miras evin və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Abıyeva Minarə Ələkbər qızının adına qeydə alınaraq reyestr çıxarışının verilməsi DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsinə həvalə edilsin”.

Yenixeber.org

Şərhlər

XƏBƏR LENTİ