XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Qubada vətəndaş nədən narazılıq edir? - GİLEY

Qubada vətəndaş nədən narazılıq edir? - GİLEY

Qubada vətəndaş nədən narazılıq edir? - GİLEY
25-04-2018, 09:14

Ölkəmizdə məmur özbaşınalığı bitib tükənmək blimir. Məmurlar, sanki insanlara zülm vermək üçün yarışa giriblər. İstirahət və müalicə üçün Avropaya üz tutan və orada bütün demokratik prinsiplərə əməl edən məmurlarımız, öz ölkəmizdə insan hüquqlarına hörmət qoyulması, vətəndaşa dəyər verilməsi məsələsi gələndə özlərini C.Məmmədquluzadənin XIX əsrdə yaşamış personajları kimi aparırlar. Vətəndaşların malını, mülkünü, əmlakını heç bir hüquqi qaydalara, qanunlara məhəl qoymadan, tamah dişlərini qıcayaraq, qamarlayıb mənimsəmək, bu məmurların, sanki şakərinə çevrilib.

Təəssüflər olsun ki, belə məmurlardan biri də Respublika Həmkarlar İttifaqları Konfederasiyasının komitə sədri, sabiq millət vəkili Hikmət Osmanovdur. Onun məmur özbaşınalığı barədə Sumqayıt şəhəri 1-ci mkr ev 122, mənzil 34-də yaşayan Abıyev Mabil Hikmət oğlunun dövlət başçısına və digər güc strukturlarının rəhbərlərinə, bir surəti də qəzetimizə ünvanlanmış müraciətində geniş bəhs olunur. Deməli, hadisə belə olub.
Mabil Abıyevin həyat yoldaşı Abıyeva Minarə Ələkbər qızı əslən Quba rayonun Afurca kəndindəndir. Minarə xanımın dayısı Şükürov Nuru Salman oğlu və onun həyat yoldaşı, həm də Minrə xanımın bibisi Şükürova Gülzar Kərəm qızı elə həmin kənddə yaşayıblar, onların övladları olmadığından Minarə Abıyeva hər həftə, ər-arvad olan dayısı və bibisinin yanına gəlir, onların qulluğunda dayanır, həftəlik lazım olam məişət problemlərini həll edib, geri qayıdır. 1988-ci ildə bibisi, 1996-cı ildə dayısı vəfat etmişlər. Onlardan sonra tez-tez də olmasa, ayda bir dəfə doğulduğu kəndə baş çəkib, dayısı və bibisinin sahibısiz qalmış evlərinə və həyətyanı torpaq sahəsinə nəzarət edir. Lakin müəyyən xəstəlik üzündən son illər dayısı və bibisinin evlərinə aylarla gedə bilmir. Afurca kəndindəki həmin evin yaxınlığında isə “Dağ havası” istirahət kompleksi yerləşir. Bəs bunun mətləbə nə dəxli var? Bəli, bəla da elə bundadır ki, həmin istirahət kompleksi yuxarıda adını çəkdiyimiz keçmiş deputat Hikmət Osmanova məxsusdur. Şikayətçinin sözlərinə görə, Hikmət Osmanov başqa istiirahət məkanlarına verilməli olan göndərişləri elə özünün istirahət kompleksinə yazdırır. Çünki sel kimi gələn bu pulu H.Osmanov başqa istirahət məkanlarının rəhbərlərinə etibar etmir. Necə deyərlər, kasıbın malı gözünün qabağında gərək. Elə “Dağ havası” istirahət kompleksi də gözünün qabağında olması üçün 2017-ci ildə Minarə Abıyevaya məxsus həmin evi və həyəti zəbt edir. Guya həmin yer sahibsiz olduğundan H.Osmanov “nə yoğurub, nə yapıb, hazırca kökə tapıb”. Ancaq əvvəl bioloq, sonra isə hüquqşünas olan H.Osmanov bilməli idi ki, hər bir qarış yerin də yiyəsi var. M.Abıyeva da hələ sahibsiz qalan dayısının və bibisinin evinə və torpağına 2008-ci ildə Quba rayon Məhkəməsinin qərarı ilə vərəsəlik hüququ qazanıb. Quba rayon Məhkəməsinin 3 iyul 2008-ci il tarixdə hakim Füzuli Pənahovun sədrliyi ilə keçən iclasında belə bir qətnamə qəbul edilib: “İddia təmir edilsin. Abıyeva Minarə Ələkbər qızı tərəfindən Şükürov Nuru Salman oğlunun xüsusi mülkiyyətində olmuş, Quba rayonu Afurca kəndində yerləşən 1965-ci ildə inşa edilmiş 37,2 kvm ümumi sahəsi, o cümlədən 24.2 kvm yaşayış sahəsi və 13.0 kvm yarıdımçı sahəsi olan miras evin qəbul edilməsi faktı təsdiq edilsin və həmin evə 1600 kvm torpaq sahəsi ilə birlikdə vərəsəlik üzrə onun mülkiyyət hüququ tanınsın. Miras evin və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Abıyeva Minarə Ələkbər qızının adına qeydə alınaraq reyestr çıxarışının verilməsi DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsinə həvalə edilsin”.
Səttar Mehbalıyevin komitə sədrindən prezidentə şikayət Göründüyü kimi, M.Abıyeva məhkəmə qərarı ilə Quba rayon Afurca kəndində olan dayısı ilə bibisinin ev və torpaq sahəsinə tam qanuni yolla vərəsəlik hüququ alıb. Dövlətin adından çıxarılmış bu məhkəmə qətnaməsinə Hikmət Osmanov heç bir məhəl qoymayıb. Elə ona görə də başqasının qanuni evini söküb, yerlə-yeksan edərək onun yerində özünə ev tikmişdr. Sonradan hadisədən xəbər tutan M.Abıyeva və həyat yoldaşı Mabil Abıyev Hikmət Osmanovla görüşərək, evin və torpağın sahibləri olduqlarını sübut edən bütün sənədləri, 2008-ci ildəki məhkəmə qararını, bu qərar əsasında DƏDRX-nın Xaçmaz rayon Ərazi İdarəsindən aldıqları çıxarışı göstəriblər, lakin heç bir faydası olmayıb. Baxmayaraq ki, H.Osmanov həmin sənədlərin surətlərini çıxarıb özünə götürüb ki, guya halallıq edəcək. Əslində isə məqsədi başqa imiş. Yuxarıda qeyd etdik axı, H.Osmanovun ikinci ali təhsili hüquqşünasdır. Gözünə döndüyüm bu hüquqşünas, 2008-ci ildə çıxarılmış Quba rayon Məhkəməsinin qərarını heç hüququ olmadan saf-çürük etməyə başlamışdır. Onu da diqqətə çatdıraq ki, H.Osmanovun həm Bakıdakı mənzili, həm Qubadakı “Dağ havası” istirahət kompleksi, həm də Minarə Abıyevaya məxsus torpaq sahəsində tikdiyi ev doğma əmisi oğlu Murad Osmanovun adına sənədləşdirilib. Murad Osmanov isə Quba rayonunun mərkəzində xırda ticarətlə məşğuldur. Ona görə də haqlı sual yaranır. Kiçik ticarətlə məşğul olan bir adam milyonlarla dəyəri olan obyektləri necə əldə edə bilər?
Bu yerdə yaxşı olar ki, həmin problemdən xəbər tutan və belə məsələlədə qanunun bütün gücündən istifadə edərək, vətəndaşlara hüquqi yardım göstərən İctimai Nəzarər Koalisiyasının sədri Rasim Məmmədovu dinləyək. R.Məmmədov Mabil Abıyevin onlara da etdiyi müraciətindən sonra birbaşa şikayətçi ilə Quba rayonunun Afurca kəndinə getmiş, hadisəni öz gözü ilə görmüş və reportyor qrupu da onları video lentə köçürərək artıq sosial şəbəkədə yaymışdır. Çəkilən şəkildən və video lentdən də görünür ki, Mabil Avıyevin həyat yoldaşı Minarə Abıyevaya məxsus ev yerində yoxdur və onun yerində tam yeni bir ev tikilib. Rasim Məmmədovun dedikləri: “Bu, dəhşətdir, bir dövlət məmuru belə qanunsuzluğa yol verirsə, buna nə ad vermək olar? Mən həmin ərazini tam müşahidə etdim, Minarə xanımın evi və həyəti Hikmət Osmanova məxsus “Dağ havası” istirahət kompleksinə çox yaxındır, bu səbəbdən də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında komitə sədri işləyən Hikmət Osmanov vəzifəsindən və tutduğu mövqeyindən sui-istifadə edərək vətəndaşın qanuni evini və torpağını zəbt etmişdir. Mən Hikmət Osmanovla əlaqə saxladım və bildirdim ki, belə hərəkət dövlət məmuruna yaraşmaz. Xahiş etdim ki, evin sahibi olan insanlarla heç olmasa halallıq etsin. Əvvəlcə razılaşdı, Mabil Abıyev onunla görüşdü, evin və torpağın əvəzinə məyyən məbləğ verməyə razılaşdı. Lakin danışıqda nəzərdə tutulan məbləğin çox cüzi hissəsini ödədikdən sonra danışıqdan boyun qaçırdı. M.Abıyev də öz qanuni evinə və torpaq sahəsinə yenidən sahib olmaq üçün dövlət orqanlarına şikayət məktubları yazıb. Mən sonradan dəfələrlə Hikmət Osmanova zəng vursam da, artıq o, mənim nömrəmi tanıdığından telefonu açmır. Bir dövlət məmurunun belə qanunsuzluğa getməsi olduqca utancvericidir. H.Osmanovun bu addımı vətəndaşları qəsdən dövlətdən narazı salmağa yönəlib. Hələ ən maraqlısı odur ki, ondan şikayət etdiyinə görə Mabil Abıyevi məhkəməyə verib. Səbəb də onu göstərib ki, bütün bu evlər və istirahət kompleksi onun yox, əmisi oğlu Murad Osmanovundur. Bu səbəbdən də “yalan məlumatların yayılmasına” görə onun işgüzar nüfuzuna ziyan dəyib, həmçinin şərəf və ləyaqəti alçaldılıb. Ona görə də M.Abıyevdən məhkəmə yolu ilə 100 min manat təzminat almaq məqsədilə Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmışdır. Bu, olduqca bir absurd iddiadır. Belə çıxır ki, vətəndaş qanunsuzluğa yol verən məmur barədə dövlət başçısına çikayət edə bilməz. Biz bu məsələnin sonuna qədər gedəcəyik və dövlət başçısının diqqətinə özbaşınalıq edən məmur barədə bütün faktları çatdıracağıq və Hikmət Osmanovun cəzalandırılmasına nail olacağıq”.
Rasim Məmmədovun bu çıxışından sonra Mabil Abıyevin ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya və digər güc strukturlarının rəhbərlərinə qəzetimiz vasitəsilə ünvanladığı müraciətdən sitat gətirməyimiz inanıram ki, lap yerinə düşər:
“Hörmətli cənab Prezident!
...Dağ havası” İstirahət kompleksinin ərazisi ilə həyat yoldaşıma məxsus torpaq sahəsinin arasında olan və Quba rayon Bələdiyyəsinə məxsus kənd təsərrufatlı təyinatlı torpaq sahəsi həmin kompleksin sahibinə satılmışdır. Satılmış torpaq sahəsində tikinti aparan istirahət kompleksinin rəhbərliyi bizim oraya gec-gec gedib gəldiyimizə görə, sahibsiz olmasmdan istifadə edərək, həmin torpaq sahəsini zəbt etmiş və orada olan evi söküb, yerində yeni tikililər tikmişdir. Eyni zamanda 10-dan artıq bar verən ağaclar kəsilmiş və nəticədə indiki bazar qiymətilə ümumilikdə 50.000 manata yaxm maddi ziyan vurulmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının müvafiq sərəncamına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintilərin aparılması qəti qadağandır. Bütün vətəndaşlar qanun qarşısında eynidir. Yəqin görünür bu qanun “Dağ havası” istirahət mərkəzinin rəhbərliyinə aid deyil. Xahiş edirik bu məqama xüsusi diqqət yetirəsiniz.
Mən Hikmət Osmanovla telefon əlaqəsi yaratmış və sökülmüş mülkün bizə məxsus olduğunu bildirmişəm. Hikmət Osmanov cavabında bildirmişdir ki, torpağımıza dair sənədlərlə tanışdır və təəccübünü gizlətməyərək əlavə etmişdir ki, “sizdə bu qanuni sənədlər ola-ola bunlar (qonşunu nəzərdə tutur) bu torpağı mənə necə satmışlar?” Telefon danışığının sonunda H.Osmanov bu anlaşılmazlığı müzakirə etmək üçün məni özünün Bakı şəhərində AHİK-in binasında yerləşən iş otağına dəvət etmişdir. 2017-ci ilin oktyabr aymda mən Hikmət Osmanovla sonuncunun iş otağında görüşmüş, mülkün və torpaq sahəsinin həyat yoldaşıma məxsus olmasını sübut edən sənədləri yenidən ona təqdim etmişəm. H.Osmanov həmin sənədlərdən bir neçəsinin surətini çıxarıb özündə saxlamışdır. Mən ondan bu qanunsuz hərəkətinə görə bizə məxsus mülkün bərpa edilməsi və ya dəymiş maddi ziyanın ödənilməsini təklif etmişəm. Hikmət Osmanov məndən bu maddi ziyana görə nə qədər məbləğ istədiyini soruşmuş, mən isə ona vurulmuş ziyanın məbləğinin təxminən 50.000 manata yaxın olduğunu demişəm. Hikmət Osmanov bu məbləğin onu qane etmədiyini bildirmişdir. Belə olan vəziyyətdə mən, sahibi olduğum mülkün bərpa edilməsini tələb etmiş və cavabmda H.Osmanov “Azərbaycanda mənim tikdiyimi heç kəs sökə bilməz, get kimə şikayət edirsən et!” deyərək danışıqdan imtina etmişdir...”.
Müraciətdən göründüyü kimi Hikmət Osmanov dövləti təmsil edən bir məmur olaraq yox, “razborka” aparan “vor zakon” kimi hərəkət edir. “Azərbaycanda mənim tikdiyimi heç kəs sökə bilməz, get kimə şikayət edirsən, et!”, “Sənə bir qəpik də verməyəcəm, üstəlik torpağını da əlindən alacağam” kimi sözləri kim deyə bilər?
Mövzunu diqqətdə saxlayacağıq.

tezadlar.az
Qubada vətəndaş nədən narazılıq edir? - GİLEY
Qubada vətəndaş nədən narazılıq edir? - GİLEY

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.