XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Ramil Usubovdan yeni - TƏYİNAT

Ramil Usubovdan yeni - TƏYİNAT

Ramil Usubovdan yeni - TƏYİNAT
25-04-2018, 12:57

Bakının polis bölmələrindən birinə yeni rəis təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Yasər İbadov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.