XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Etibar Pirverdiyevin başı cəncəldə - İDDİA

Etibar Pirverdiyevin başı cəncəldə - İDDİA

Etibar Pirverdiyevin başı cəncəldə - İDDİA
4-04-2018, 09:21

"Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin prezident seçkilərindən sonra vəzifəsindən azad olunaraq həbs ediləcəyi barədə məlumatlar yayılıb. Buna səbəb isə Etibar Pirverdiyevə məxsus olan "Azenco” şirkətinin Dövlət Bayrağı meydanında apardığı tikinti işlərini keyfiyyətsiz görməsidir.
Məlumata görə, "Azenko" şirkətinin Dövlət Bayrağı Meydanında tikinti işləri apardığı zaman yol verdiyi qanunsuzluq hazırda müvafiq qurumlar tərəfindən araşdırılır.
Dövlət Bayrağı Meydanında tikintinin keyfiyyətsiz aparılması ilə bağlı rəsmi orqanların araşdırmasından əlavə olaraq Etibar Pirverdiyevə qarşı daha bir "cəbhə" açılıb. Belə ki, ötən ilin oktyabr ayında Bayraq Meydanı İdarəsi İnzibati İqtisad Məhkəməsində bayraq dirəyini tikən "Azenco” şirkətinə qarşı 1 milyon 358 min manatlıq iddia qaldıraraq, bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edir.
Qeyd edək ki, Dövlət başçısı İlham Əliyev cənablarının şəxsi təşəbbüsü ilə inşa edilən Dövlət Bayrağı Meydanı 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən yaradılıb. Həmin ilin dekabr ayında təməli qoyulan meydanın 2010-cu il sentyabrın 1-də İlham Əliyev cənablarının iştirakı ilə təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdur.
Dövlət Bayrağı Meydanının tikintisinə və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf olunub. İlk öncə tikintisinə 30 milyon manat ayrılmasına baxmayaraq, 2009-cu ildə Dövlət bayraq Meydanının tikintisi yarımçıq qaldı. 2009-cu ilin oktyabr ayında "Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam imzalayan ölkə başçısı Prezidentin Ehtiyat Fondundan 10 mln. manat ayırdı. 2017-ci ilin avqust ayında bayraq Meydanında baş verən çökmə halına görə bayraq dirəyinin sökülməsinə start verildi. Artıq 8 ay keçməsinə baxmayaraq hələ də, ərazidə baş verən qəza aradan qaldırılmayıb. Bu isə problemin gözləniləndən də ciddi olduğunu göstərir. Düzdür, Dövlət Bayrağı Meydanında dirək sökülərkən Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov mediaya açıqlama verərək bunun texniki baxışla əlaqələndirmişdi. Sitat: "Bir neçə gündür ki, meydanda bayraq dirəyinin texniki baxışına başlanıb. Təxminən bir aydır ki, ərazidə hazırlıq işləri görülür. Bunun üçün xüsusi kran quraşdırılıb, insanların hərəkətinin çoxluğu nəzərə alınaraq təhlükəsizlik tədbirləri görülüb. Bildiyiniz kimi, meydandakı bayrağın dirəyi texniki cəhətdən mürəkkəb qurğudur. Bu mürəkkəblik nəzərə alınaraq hər il ona bir neçə dəfə texniki baxış keçiririk. Budəfəki baxış sadə deyil, əsaslı texniki baxışdır. Bayraq dirəyinin ayrı-ayrı hissələri söküləcək, onun içərisindəki qurğular yoxlanılacaq. Prosesin davam edəcəyi müddəti demək olmur. Çünki texniki baxış zamanı nə ilə qarşılaşacağımızı bilmirik. Biz hər hansı problem olacağını gözləmirik, amma ola bilər ki, orada korroziya, başqa defektlər yaransın. Əgər belə hal aşkarlanarsa, bunu açıqlayacağıq və səbəbini də deyəcəyik. Hələ ki, texniki baxışa iki gündür başlanıb. İndidən nəsə demək çətindir".
Şöbə müdirinin dediyi kimi, dirəkdə korroziya aşkarlansaydı belə, problemin aradan qaldırılması tez bir zamanda mümkün idi. Aradan 8 ay vaxt keçirsə və problem hələ də olduğu kimi qalırsa, daha dəqiqi Dövlət Bayraq Meydanında nə baş verdiyindən dəqiq olaraq ictimaiyyətin və mətbuatın xəbəri yoxdursa, deməli, burada baş verən problem səthi yox, köklüdür.
Bu barədə danışan mühəndisin sözlərinə görə, Dövlət Bayrağı Meydanında ən ciddi və təhlükəli problem yalnız kotlavanla bağlı ola bilər. Mühəndisin bildirdiyinə görə, ola bilsin ki, kotlavan coğrafi relyefin xarakterinə uyğun olaraq layihələndirilməyib və tikintisi zamanı da müəyyən qüsurlara yol verilib.

Xatırladaq ki, Dövlət Bayrağı Meydanının inşasını həyata keçirən "Azenko" şirkəti "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.

Şirkətə formal rəhbərliyi isə Etibar Pirverdiyevin qaynı həyata keçirir. Bir neçə il öncə 7 min nəfərin çalışdığı şirkətdə hazırda 1500-ə qədər şəxsin çalışdığı deyilir. Şirkətin bazar dəyərinin bir milyard manata yaxın olduğu deyilir. "Azenko"-nun bu qədər "şişməsinə" səbəb isə şirkətin bir çox formal tenderlərin istisnasız "qalib" olmasıdır.

"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin varidatı bununla yekunlaşmır.

Məlumata görə, Etibar Pirverdiyev 2015-ci ildə baş verən devalvasiyadan sonra kapitalının xeyli hissəsini qardaşı Vüqar Pirverdiyevin əli ilə ölkədən çıxara bilib. Hazırda onun Dağıstanda, Türkiyədə, Rusiyada, Qazaxıstanda dəyəri milyonlarla ölçülən daşınmaz əmlakının olduğu vurğulanır.
Bununla yanaşı, onun Azərbaycanda da sahib olduğu şirkətlər, obyektlər az deyil. Belə ki, Etibar Pirverdiy Şabran rayonunun Udulu kəndindəki dəvə fermalarına, Xaçmazda iri buynuzlu heyvandarlıq təsərrüfatlarına, Qusar rayonunda məhsuldar və mənzərəli torpaq sahələrinə, Xaçmaz rayonunun Həsənqala kəndində balıq gölünə və vətəgələrinə, paytaxt Bakıda isə restoran və otel şəbəkələrinə sahib olduğu deyilir.

Qloba.az

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.