XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Yasamalın yeni başçısı radikal islahatlar aparacaq - Köhnə heyətdən kimsə qalmayacaq

Yasamalın yeni başçısı radikal islahatlar aparacaq - Köhnə heyətdən kimsə qalmayacaq

Yasamalın yeni başçısı radikal islahatlar aparacaq - Köhnə heyətdən kimsə qalmayacaq
16-02-2018, 12:59

2 fevral tarixinda Yasamal rayon İcra Hakimiyyətinin başçısı postuna təyin olunan Əziz Əzizov sərt xarakterli kadr islahatları həyata keçirəcək. Bu barədə məlumatlı mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, artıq Əziz Əzizov köhnə heyətin bir sıra üzvlərinə onlarla çalışmayacağını net şəkildə ifadə edib. Mənbənin söylədikləri: "Əziz Əzizov kifayət qədər təcrübəli kadr hesab olunur və onun "Sovetski" kimi bir ünvanda 2-ci söküntü dalğasının nəzərdə tutlduğu ərəfədə Yasamala rəhbər təyin olunması da məhz qeyd olunan keyfiyyətiylə bağlıdır. "Yuxarılar" inanır ki, Əziz Əzizov ona tapşrılan missiyanın öhsədindən gələcək. Buna görə də, Əziz Əzizova yetrəincə imkanlar tanınacaq. Bu imkanlar şəraitinda isə yeni başçı təbii ki, öz komandasını qurmalıdır və bu zaman köhnə heyətin əksəriyyətinin qapı arxasında qalacağı heç şübhəsizdir".

Mənbə açıqlamasında onu da bildirib ki, Əziz Əzizovun bəlli islahatlarının yubanması birbaşa olaraq növbədənkənar seçkilərlə bağlıdır: "Hələlik köhnə komanda rayona yaxşı bələd olduğundan başçının onlara ehtiyacı var. Seçkidən sonra isə islahatıların start düyməsi basılacaq".

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.