Nazir bir həftə əvvəl təyin etdiyi direktoru işdən çıxardı
Vergilər naziri Fazil Məmmədov bir həftə əvvəl təyin etdiyi baş direktoru işdən çıxarıb.
xalqxeber.az xəbər verir ki, nazir ədliyyə müşaviri Vüqar İsmayılovu yanvarın 7-də Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsinə təyin etmişdi. Bu gün isə V. İsmayılov vəzifəsindən azad edilib və onu vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə əvəzləyib.
Qeyd edək ki, V. İsmayılov əvvəlki vəzifəsinə geri qaytarılıb. O nazirliyin Daxili Təhlükəsizlik departamentinin baş direktoru kimi çalışacaq.
Xatırladaq ki, V. İsmayılov 2016-ci ilin noyabr ayından 2017-ci ilin yanvar ayının 7-nə kimi Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Hazırda idarənin adı Daxili Təhlükəsizlik Departamenti şəklində dəyişdirilib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub