SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DƏSTƏ BAŞÇISI OFELİYA MAHMUDOVA ARAZ DADAŞEVDƏN NƏ İSTƏYİR?

DƏSTƏ BAŞÇISI OFELİYA MAHMUDOVA ARAZ DADAŞEVDƏN NƏ İSTƏYİR?

Tarix:

6-02-2018, 16:56

/ 3 408 dəfə oxundu.
DƏSTƏ BAŞÇISI OFELİYA MAHMUDOVA ARAZ DADAŞEVDƏN NƏ İSTƏYİR?

Araz Dadaşevin işində yeni üzə duranlar peyda olunub?

Ölkə mətbuatı iki ilə yaxındır ki, Dadaşevlər ailəsinin problemlərindən yazır. Bu problemlər ailə münaqişəsindən başlayaraq mülkiyyət mübahisəsinəcən uzanır.

Ancaq bu problemin iki ildən artıq uzanmasının səbəbkarı Ofeliya Mahmudova olduğu üçün, hələ də bitmək bilmir. Bunun da səbəbi ailə başçısı Araz Dadaşevin Ofeliya Mahmudovanı , qardaşı Hafiz Mahmudovdan ona qalan mirasın bir hissəsini Hafiz Mahmudovun uşaqları ilə bölməyə məcbur etməsidir. Və Ofeliya Mahmudova da bunun qisasını Araz Dadaşevdən almaqda davam edir. Araz Dadaşevin ailəsi Ofeliya Mahmudova tərəfindən dağılmasına baxmayaraq, o hələ də Araz Dadaşevdən əl çəkməyib onun barəsində bir neçə qondarma cinayət işi qaldırmağa nail olub.
Məlumata görə AMEA Hüquq və İnsan Haqları İnstitutunda şöbə rəisi vəzifəsini daşıyan, hüquq üzrə fəlsəfə doktoru və üç ölkənin vətəndaşı olan Ofeliya Mahmudova həm də keçmiş MTN-nin polkovniki olub.
Xatırladaq ki, bu məsələ ilə bağlı keçən yazımızda bildirmişdik ki, apardığımız araşdırma nəticəsində o da məlum olub ki, keçmiş MTN-nin polkovniki olaraq Ofeliya Mahmudovanın əsas işi keçmiş nazirlər – Eldar Mahmudovla Fazil Məmmədovun biznes maraqlarını Türkiyədə qorumaq və onların bir çox obyektlərinə nəzarət etməkdən ibarət olub: “Gözdən pərdə asmaq üçün isə Ofeliya Mahmudova Türkiyədə kitab çapı ilə məşğul olub. Ofeliya Mahmudova hətta Bakıda Araz Dadaşeva qarşı öz çirkin missiyasını həyata keçirmək üçün, keçmiş vergilər naziri Fazil Məmmədovdan xahiş edərək əvvəlcədən Araz Dadaşevin qaynı Ruslan Məmmədovu Vergilər Nazirliyində kassalara nəzarət idarəsinə işə düzəltməyə nail olub. Bu xanıma qalan miras böyük olduğundan o bütün gücünü səfərbər edir ki, öz çirkin niyyətini həyata keçirtməkdə ona maneə olan Araz Dadaşevi qondarma cinayət işi ilə həbs etdirsin. Ancaq onun qurduğu plan baş tutmayıb.
Belə ki, Araz Dadaşev Qazaxstanda saxlanılsa da sonradan sərbəst buraxılıb. Mətbuatda gedən məlumata görə barəsində həbsli axtarış qərarı çıxarılan Azərbaycan əsilli Rusiya vətəndaşı Araz Dadaşevin azadlığa buraxılması ilə bağlı Qazaxıstan Baş Prokurorluğu tərəfindən verilən vəsatətə baxılıb. A.Dadaşevin vəkili Hafiz Ələsgərov bildirib ki, məhkəmənin qərarı ilə A.Dadaşev barəsində həbs qərarı ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb: “Xətai məhkəməsi Araz Dadaşev haqqında qiyabi həbs qərarı çıxarmışdı və o, axtarışa verilmişdi. Lakin sonradan qərardan apellyasiya şikayəti verildi və məhkəmə həbs-qətimkan haqqında qərarı ləğv etdi. Bununla bağlı tərəfimdən Azərbaycanın Baş Prokurorluğuna məlumat verildi və prokurorluq da qərarın icrası üçün Qazaxıstanın Baş Prokurorluğuna göndərdi. Qazaxıstan Baş Prokurorluğu isə Azərbaycan məhkəməsinin qərarının icrası üçün Qazaxıstan məhkəməsinə müraciət edib”. Vəkil qeyd edib ki, artıq A.Dadaşevin ekstradisiya prosesi dayandırılıb və hazırda cinayət işinə xitam verilməsi üçün iş aparılır.
Qeyd edək ki, A.Dadaşev iş adamıdır. Ona qarşı keçmiş həyat yoldaşı Lalə Dadaşevanın şikayəti əsasında cinayət işi başlanılıb. Şikayət mülki xarakterlidir. Məlumat üçün bildirək ki, Araz Dadaşev Ofeliya Mahmudovanın qardaşı Hafiz Mahmudovun biznes partnyoru olub. Sonradan Hafiz Mahmudov 2004-cü ildə Moskva şəhərində müəmmalı şəkildə itkin düşüb və bu hadisədən sonra Hafiz Mahmudovun milyonlarla ölçülən sərvəti, 50 milyon dollar məbləğində pulu bacısı Ofeliya Mahmudovanın əlinə keçib. Hafiz Mahmudov itkin düşdükdən sonra, milyonlarla dolları idarə edən Ofeliya bir manat da olsun belə onun övladlarına kömək etməyib. Bu mirasın bölünməyindən narahat olan Ofeliya Mahmudova Bakıda Araz Dadaşeva qarşı qondarma cinayət işi qaldırmaq üçün yalançı şahid bazası yaradıb onun üzünə qoymağa nail olub. Haqsız olaraq təqribən 50 milyon dollardan cox imkana sahib olan Ofeliya Mahmudovanın göydən düşmüş o pulları bu gün hansı istiqamətdə xərcləyəcəyi bir çox insanlarda sual yaradırdı.
Lakin bu yaxınlarda onun yazdığı statustan sonra belə nəticəyə gəlmək olar ki, bu sualın cavabı məlum olub.
Belə ki, MTN ləğv olunandan sonra Ofeliya Mahmudova keçən il “Facebook” sosial şəbəkəsində müxalifəti dəstəkləmiş, hətta 2018 -ci ildə ölkədə keçiriləcək prezident seçkilərində sabiq deputat, hazırda mühacirətdə yaşayan Hüseyn Abdullayevi dəstəklədiyinə işarə etmişdi”.
Ofeliya Mahmudova bir neçə dəfə qaldırdığı qondarma cinayət işləri ilə Araz Dadaşevi həbs etdirməyə çox çalışsa da çirkli ,məkirli niyyətlərini həyata keçirə bilməyib.
Məlumat üçün qeyd edək ki,keçən il Araz Dadaşevin keçmiş həyat yoldaşı Lalə Dadaşevanı, onun qardaşı Ruslan Məmmədovu qondarma cinayət işində yalandan Araz Dadaşevin üzünə durğuzaraq, ona qarşı cinayət işi açdırmağa nail olmuşdur. Lakin milyonçu xanım Ofeliya Mahmudova məqsədinə çatmasa da öz pulunun gücünə hələ də Araz Dadaşevi həbs etdirmək niyyətindən əl çəkməyib. Araz Dadaşeva qarşı qaldırılan cinayət işinə xitam verilməsinə baxmayaraq dəstə başçısı Ofeliya Mahmudova pulunun gücünə dəstə üzvlərinin yanında hörmətdən düşməmək üçün Araz Dadaşevə qarşı öz çirkin əməllərini davam etdirir.
Məsələn bildirilir ki,Mandarin Travel şirkətinin rəhbəri Kərimova Ellada Məmmədqızı və onun həyat yoldaşı Abbasov Ceyhun onlarla vətəndaşın külli miqdarda pulunu mənimsəyiblər.
Bununla bağlı Abbasov Ceyhun, Kərimova Ellada və onun oğlu Əsgərzadə Elməddinə qarşı dələduzluq maddəsi ilə Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi açılıb. Lakin Ofeliya Mahmudovanın köməkliyi ilə bu iş dayandırılıb və ittiham olunanlar hansısa yollarla ölkəni tərk etməyə müvəffəq olublar.
24.08.2017-ci il tarixdən etibarən Ofeliya Mahmudovanın köməyi ilə Türkiyənin İstanbul şəhərinə qaçan Kərimova Ellada öz uşaqları-oğlu Əsgərzadə Elməddin və qızı Əsgərova Tamara ilə birlikdə orada işlə təmin olunaraq Ofelya Mahmudova tərəfindən demək olar ki, sığınacaq alıblar. Ancaq Ofelya Mahmudova Ceyhun Abbasovu Bakıda girov saxlayaraq, ondan istifadə edərək, öz çirkin işlərini həyata keçirtmək üçün ondan dəstək istəyib.
Belə ki, Ofeliya Mahmudovayla Ellada Kərimova arasında bağlanmış şifahi sazişə görə Ceyhun Abbasov Araz Dadaşevin yalandan üzünə duraraq, onu həbs etdirməyə kömək etməlidir. Bunun əvəzində isə Ofeliya Mahmudova Ellada Kərimova və onun uşaqlarını Türkiyənin İstanbul şəhərində sığınacaq verilməsinə nail olmağı öz öhdəsinə götürüb və bununla da demək olar ki, onların özlərini də İstanbulda girov saxlayır.
Hələki, Bakıda qondarma cinayət işində Abbasov Ceyhun Valeh oğlu Araz Dadaşevin üzünə durub, onu həbs etdirməyə nail olanacan Ofeliya Mahmudovayla Ellada Kərimovanın bağladıqları saziş qüvvədə qalmaqdadır.
Bütün bu hadisələri araşdırdıqdan sonra Ofeliya Mahmudovanın dəstə başçısı olduğuna bir daha heç bir şübhəmiz qalmadı .
Güman edirik, yazdıqlarımızı hüquq mühafizə orqanları da araşdıracaq , dəstə başçısı Ofeliya Mahmudovanın və onun dəstə üzvlərinin cinayət əməllərinə hüquqi qiymət veriləcək.

365İNFO.AZ

Şərhlər

XƏBƏR LENTİ