Ofeliya Sənani: Biz diktorlar bu yaşda yetim qaldıq
Bunu Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimində jurnalistlərə Ofeliya Sənani deyib.
“Rafiqin yoxluğu mənim üçün çox çətindir. Rafiq bizim əzizimiz, yaxın məsləhətçimiz, əla dostumuz idi. Biz diktorlar bu yaşda yetim qaldıq. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə öz məsləhətlərini verirdi. Heç kəs məndən inciməsin, amma onun kimi diktor olmayacaq. Rafiq Hüseynova təklif etmişdilər ki, Moskvada işləsin. Ev də, yüksək maaş da verirdilər. Rafiq razı olmadı. Demişdi ki, Azərbaycandan kənarda qala bilmərəm. Rafiqlə bir yerdə çoxlu verilişlər aparmışam. 30 il bir yerdə işləmişik. Allah onu o qədər çox istəyir ki, vida mərasiminin keçirilməsi televiziyanın yubileyi ərəfəsinə düşdü”, - deyə o bildirib.
Xalq artisti Şərqiyyə Hüseynova isə Rafiq Hüseynovun timsalında müəllimini itirdiyini deyib:
“Əziz dostumuzu, qardaşımızı, müəllimimizi itirmişik. Baxmayaraq ki, yaş fərqimiz azdır, amma hesab edirəm ki, ulu bir insanı itirmişəm. Çox gözəl dost, bizim hamımıza arxa-dayaq idi. Əlli il bir yerdə idik. Ona görə də Rafiq Hüseynovu itirmək çox ağırdır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır