SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ağalar Vəliyevin binasında sakinlər narazıdır - Müraciət

Ağalar Vəliyevin binasında sakinlər narazıdır - Müraciət

Tarix:

1-02-2018, 10:26

/ 1 454 dəfə oxundu.
Ağalar Vəliyevin binasında sakinlər narazıdır - Müraciət

Xırdalanda yerləşən “Kristal Abşeron” kompleksinin sakinlərinin narazılığı davam edir.

Eyniadlı MTK-nın rəhbərliyinin özbaşınalığından bezən sakinlər çıxış yolunu ölkə başçısı İlham Əliyevə müraciətdə görüblər.

Bir qrup sakinin redaksiyamıza göndərdiyi etiraz məktubunu olduğu kimi təqdim edirik:

“Yaşadığımız Xırdalan ş., Heydər Əliyev pr. 30 ünvanında yerləşən “Kristal Abşeron” kompleksində eyniadlı MTK sakinlərin hüquqlarını və müqavilə şərtlərini ciddi şəkildə pozaraq, bir il ərzində isti su və istiliyin qiymətini kəskin artıraraq (isti suyun 1 kub.m. 2.30 AZN-dən 3.50 AZN-ə, istiliyin 1 kv.m. 40 qəpikdən 80 qəpiyə) sakinləri çətin vəziyyətə salıb. Bir neçə aydır ki, “Kristal Abşeron” MTK rəhbərliyi qazanxanaları “Azəristiliktəchizat”a təhvil verməklə bu problemi həll edəcəyini söyləsə də sakinləri aldatmış oldu. Üstəlik sakinlərin haqlarının və müqavilə şərtlərinin pozulması barədə Sizə, Mehriban xanıma, məhkəməyə, prokurorluğa müraciət olunacağını söylədikdə belə, bundan da çəkinmədilər. Hətta gələn ildən qazanxanaların söküləcəyini söyləyərək, onlardan öz satdıqları kombiləri almağı tövsiyə etdilər ki, bu da şirkətin sakinlər qarşısında rəsmi olaraq götürdüyü öhdəlikdən yayınması deməkdir.
Sizdən xahişimiz budur ki, sakinlərin vəsaiti hesabına tikilmiş qazanxanaların “Azəristiliktəchizat”ın balansına keçməsinə kömək edərək, sakinlərin istiliklə bağlı qayğısının birdəfəlik həll olunmasına yardımçı olasınız. Biz anlayırıq ki, qiymətlərin endirilməsi şirkəti çətin vəziyyətə sala bilər, ona görə də düşünürük ki, ən optimal yol MTK-nın istilik təchizatına dövlətin dəstəyidir. İnanırıq ki, bizim durumumuzu anlayaraq, Kristal Abşeron sakinlərinə məxsus qazanxanaların “Azəristiliktəchizat”ın balansına keçməsinə göstəriş verməklə öz xeyirxah işiniz, qətiyyətiniz və dəstəyinizlə 5000-ə yaxın sakini sevindirəcəksiniz”.

Qeyd edək ki, “Kristal Abşeron” MTK-nın rəhbəri millət vəkili Ağalar Vəliyevdir.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ