SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Canik bir neçə il ərzində ölkənin əsas bankının xəzinəsini boşaltmışdı... - İTTİHAM

Canik bir neçə il ərzində ölkənin əsas bankının xəzinəsini boşaltmışdı... - İTTİHAM

Tarix:

19-01-2018, 09:40

/ 1 311 dəfə oxundu.
Canik bir neçə il ərzində ölkənin əsas bankının xəzinəsini boşaltmışdı... - İTTİHAM

Azərbaycanın hüquq-mühafizə orqanları sayılı günlər içərisində Eldar Mahmudov və Cahangir Hacıyev kriminal-oliqarxik sindikatının iki əsas fiqurantının həbs edilərək Azərbaycana ekstradisiya edilməsinə nail olublar – Bakıya əlləri qandallanmış Emin Sadiq və Sahib Ağayev gətiriliblər.

Həm Sadiq, həm də Ağayev Beynəlxalq Bankın aktivlərinin və dövlət büdcəsinin subsidiyalarının talanmasında bilavasitə iştirak ediblər.

“Toxunulmaz” Mahmudovla Hacıyevin vətəndaş edamı ilə ölkə tarixinin yeni dövrü başladı. Prezident İlham Əliyev bir-birinin ardınca özünün keçmiş silahdaşlarını ya birbaşa həbsxana hücrəsinə, ya da hələlik ev dustaqlığına göndərdi. Dəfələrlə xəbərdarlıqlar, tənbehlər, hamının gözü qarşısında danlamalar uzun illər ərzində eşidilməz qalmışdı – oliqarxat oğurluğunu və qarətini davam etdirirdi. Prezidentin sürətlənən islahatların qarşısında əsas əngələ çevrilmiş hökumət üzvləri ilə mübarizənin kəskin metodlarına əl atmaqdan başqa alternativi qalmırdı.

Canik ən ağır cəzanı aldı – Qaradağ düzündə 17 illik sürgün əməyi, Mahmudov isə nəinki sifətinə (sözün əsl mənasında) tüpürülən ağıq suyunu, həm də praktiki olaraq ömürlük ev dustaqlığı qazandı. Bu indi Azərbaycan cəmiyyətinin cəlladı üçün ən təhlükəsiz yerdir – minlərlə, milyonlarla insan Mahmudovun ətli cəmdəyini parçalamağa və didməyə hazırdır. Cəllad Mahmudov dəstəsinin əlinə düşmüş minlərlə insanın məhv olmuş talelərini bir qələmlə cəmiyyətin yaddaşından silmək olmaz. Mahmudovun cinayətkar əmrlərini yerinə yetirmiş bütün generallar indi məhkəmənin ədalətli qərarını gözləməkdədirlər. Caniklə Mahmudovun ardınca başqa yüksək vəzifəli oliqarxların səs-küylü istefaları gəldi: Əli Abbasovun, Ziya Məmmədovun, Fazil Məmmədovun və digərlərinin payına oğurlanaraq mənimsənilmiş varidatın qaytarılması düşdü.



Cinayətkar sindikatın baş maliyyəçisinin – Canik Hacıyevin misli görünməmiş dələduzluq sxeminin sayəsində qısa müddətdə varlanmış kredit oliqarxları da ədalətli qisasdan canlarını qurtara bilmədilər. İqtisadiyyatın və özəl sahibkarlığın yalançı intibahını stimullaşdıran investisiya siyasəti pərdəsi altında Canik bir neçə il ərzində ölkənin əsas bankının xəzinəsini boşaltmışdı.

Kredit oliqarxları öz paylarını alaraq, qərb ölkələrinin banklarında yerləşdirir, “investisiyalar” isə dələduzlar sindikatının öfşor hesablarındakı sakit limana yan alırdılar. Eldar Mahmudovun qanlı baltası və Canikin qara kassası Azərbaycan xəzinəsinə 15 milyard dollara başa gəldi! Cinayətkar sindikat ölkənin illik büdcəsini oğurlamışdı!

Oliqarxlara elə gəldi ki, adicə aradan çıxmaqla özlərini və qərb banklarında oğurladıqlarını xilas edə biləcəklər. Lakin hüquq-mühafizə orqanları qarşılarına qoyulmuş vəzifələrə kifayət qədər ciddi yanaşdılar və son nəhayətdə qaçıb aradan çıxanları tapa bildilər. Düşük plutokratları bir-birinin ardınca əli qandallı Bakıya gətirirlər ki, ədalət məhkəməsi və əməllərinə müvafiq qəzəb qarşısında cavab versinlər.

Hazırda istintaqın əsas vəzifəsi Caniklə Mahmudovun kapitalları ölkədən çıxardığı əsas vasitəçilərin ekstradisiyasına nail olmaqdır. Söhbət cinayətkar sindikatın başçılarının ən yaxın qohumlarından gedir. İlk növbədə, bu Cahangir Hacıyevin arvadı Zamiradır ki, qarət edilmiş kapitalın, bahalı torpaq sahələrinin, daşınmaz əmlakın və ofşor hesablarının əsas sahibinə çevrilib. Bu həm də Eldar Mahmudovun oğlu Anardır ki, şərəfsiz atasının bir çox qənimətləri əlinə keçirib. Və əlbəttə ki, idarə heyətinin keçmiş başçısı Fuad Abdullayevin timsalında Beynəlxalq Bankın Moskva filialının rəhbərliyi. Bütün bu cinayətkar dəstə özünə dünya liberalizminin beşiyində - Londonda rahat sığınacaq tapıb.

Britaniya hakimiyyəti ilk növbədə Azərbaycanın milli sərvətinin qaytarılmasında və Hacıyev - Mahmudov dələduz törəməsinin fəal nümayəndələrinin ədalətli cəzalandırılmasında maraqlı olmalıdır. Qərb hökumətləri və MDB ölkələrinin rəhbərlikləri bu məsələdə Azərbaycan hakimiyyətinə bilavasitə və əməli dəstək göstərməlidirlər. Burada heç bir siyasət yoxdur. Söhbət sərf kriminaldan gedir. Londonda, Moskvada və Nyu-Yorkda Azərbaycan büdcəsindən oğurlanmış milyardlar xərclənir.

Heç bir şübhəmiz yoxdur ki, ən yaxın zamanda Canik – Mahmudov sindikatının bütün fırıldaqçıları və oğruları qolları qandallı Azərbaycana qayıdacaqlar. Onlarla birlikdə isə qarət etdikləri ölkənin milli sərvəti.

virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ