Azərbaycanlı milyarderlər Moskvada bazar aldı - 712 milyona
"VTB" qrupu Moskvada yerləşən "Velozavodski rınok" Açıq Səhmdar Cəmiyyətinin səhmlərini satışa çıxarıb.
ASC-nin bütün səhmləri 712 milyon rubl (22 milyon AZN) qiymətində müəyyənləşdirilib. Məlumata görə, səhmləri "Kiyevski ploşad" Qapalı Səhmdar Cəmiyyətinin sahibləri olan azərbaycanlı milyarderlər Qod Nissanov və Zaxar İliyev alıb. QSC bu məlumatı təsdiqləyib.
"Kiyevski ploşad" QSC-nin nümayəndəsi söz verir ki, "Velozavodski rınok"ı genişmiqyaslı yenidən qurma gözləyir. Beləliklə bu bazar bütün lazımlı infrastrukturla təchiz olunacaq müasir kənd təsərrüfatı ticarət kompleksi olacaq. Satıcılar və alıcılar üçün rahat şərait yaradılacaq.
Azərbaycandan olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyev, habelə onların ortaqları İlham Rəhimov birgə çalışırlar. Milyarderlər İliyev, Nisanov və Rəhimov (Putinin tələbəlik dostu) Rusiyanın ən iri daşınmaz əmlak sahibləridir. Onların ofislərin və ticarət mərkəzlərinin icarəyə verilməsindən illik gəliri 1,3 milyard dollara yaxındır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır