Sürücü beləcə yol polisinin cəriməsindən yayınmağa çalışır – Foto
Sürücü bununla yol polisinin cəriməsindən yayınmağa çalışır.
Bakıda avtomobilinə plyonka vuran sürücü qeyri-adi hərəkətlə yol polisinin cəriməsindən kənarda qalmağa çalışır. Bunu əks etdirən fotonu oxuculardan biri göndərib. Oxucu bildirir ki, foto fevralın 10-da, saat 15.58 radələrində Nizami rayonu, Qara Qarayev prospektində çəkilib. «Subaru» markalı avtomobilin hər iki arxa yan şüşələrində tünd qara plyonka var. Plyonkada isə Heydər Əliyevin rəsmi əks olunur. Oxucu bildirir ki, sürücü bu yolla yol polisinin cəriməsindən yayınmağa nail olur.
Qeyd edək ki, bir müddət əvvəl deputat Elmira Axundova Milli Məclisin iclasında məsələ qaldıraraq bildirmişdi ki, bəzi avtomobil sürücüləri ulu öndərin imzasını maşının müxtəlif yerlərinə yapışdırırlar. Bununla onlar ya yol polisinin nəzərindən yayınmağa çalışırlar, ya da ulu öndərə ehtiram göstərirlər. Lakin deputat bildirib ki, hər iki halda ulu öndərin imzasından harada və necə gəldi istifadə etmək düzgün deyil. Bunun ardınca Baş Dövlət Yol Polisi İdarəsi də açıqlama verərək bəyan etdi ki, belə hallara yol verən sürücülər cərimə olunacaq.
Avtosfer


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır