SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bayram günü metro 01:00-a qədər işləyəcək

Bayram günü metro 01:00-a qədər işləyəcək

Tarix:

25-12-2017, 17:00

/ 1 531 dəfə oxundu.
Bayram günü metro 01:00-a qədər işləyəcək

“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gecə saat 01:00-a qədər işləyəcək.

Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N. Paşayevin sözlərinə görə, bütün stansiyalara giriş saat birə qədər açıq olacaq:

“Sadəcə, sərnişinlərdən xahiş edirik ki, “Sahil” metrostansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər “28 May” və “”İçərişəhər” stansiyalarına üz tuta bilərlər”.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə dekabrın 31-də, saat 00:00-da Milli Parkda atəşfəşanlıq təşkil edəcək

Şərhlər

XƏBƏR LENTİ