SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 2018 hansı ildə dünyaya gələnlərə düşərli olacaq? – Proqnoz

2018 hansı ildə dünyaya gələnlərə düşərli olacaq? – Proqnoz

Tarix:

23-12-2017, 15:10

/ 2 231 dəfə oxundu.
2018 hansı ildə dünyaya gələnlərə düşərli olacaq? – Proqnoz

Yeni il - yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Sarı it ilində digər işarələr altında dünyaya gələnləri nə gözləyir?

Reyting.az saytı astroloqların illərə görə hazırladığı proqnozu təqdim edir:

Siçan: (1912, 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008)

- Bütün işlərdə öz intuisiyanıza güvənin, o sizi bir çox səhvlərdən qoruyacaq.

Artıq bir neçə ildir təxirə saldığınız işləri tamamlayın. Yeni layihələr əlaqələrinizi xeyli genişləndirməyə və maddi vəziyyətinizi yaxşılaşdırmağa kömək edəcək.

Siçan ilində dünyaya gələnlər üçün 2018-ci ildə əsas mükafat dəyərli insanlarla münasibətləri bərpa etmələri olacaq.

Siçan ilində doğulanların bu il üçün rəng talismanı: Zümrüd, ağ, yaşıl və sarı.

Öküz: (1913, 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009)

- İstənilən dolaşıq hallarda təkbaşına hərəkət etməməyə çalışın. Öz məqsədlərinizi həyata keçirmək üçün yaxınlarınızın köməyindən istifadə edin. Emosiyaların təsiri ilə deyil, məntiqə əsaslanaraq qərarlar verin. Xüsusilə hüquqi münaqişələrdən qaçın. "Zəhərli" insanlarla münasibətləri düzəltməyə ümid bəsləməyin: Əgər enerji, güc və vaxt itirdiyinizi hiss edirsinizsə, ən yaxşısı, ünsiyyəti tamamilə kəsin.

Öküz ilində dünyaya gələnlərin bu il üçün rəng talismanı: Yaşıl alma, qırmızı kirəmit.

Pələng: (1914, 1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010)

- Ümumilikdə uğur sizin tərəfinizdədir. Siz daxilən və zahirən dəyişməyə hazırsınız, Kainat bu səylərinizi qiymətləndirəcək.

Pələng ilində doğulan insanlar üçün 2018-ci ildə əsas yenilik sevdiyi şəxslə yeni münasibətlər qurmaq imkanı qazanmaq olacaq. Əgər tərəf müqabilinizə daha çox etibar etsəniz, şəxsi həyatınızda müsbət dəyişikliklər gözlənilir. İnamsızlığa qalib gələ bilməyəndə bunu xatırlamağa dəyər.

Sevgi axtarışında olan “Pələng”lər üçün də Sarı İt ili əlverişlidir.

“Pələng”lərin bu il üçün rəng talismanı: Ağ, bozumtul, firuzəyi.

2018 hansı ildə dünyaya gələnlərə düşərli olacaq?

Dovşan və pişik: (1915, 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011)

- Şəxsi təqviminizdə emosional mərhələnin növbəti inkişaf mərhələsi sona yaxınlaşır: Hisslər daha aydın, parlaq və intensiv olacaq. Sizi qane etməyən insanlarla ünsiyyəti aydınlaşdırmaq artıq daha asan olacaq. Odur ki, ətrafınızı cəsarətlə təmizləyin, öz hüquq və tələblərinizi elan edin. Öz-özünü təhlil etmək bacarığı xarici dəyişikliklər üçün güc verəcək. May və iyul ayı bunun üçün ən yaxşı dövrdür.

Pulunuzu gələcəyə yatırın, məsələn, təhsil ola bilər. Sevdiyiniz insanla münasibətləriniz üzərində işləmək lazımdır, ilin sonuna qədər o sizi tam qane edəcək.

Bu il üçün rəng talismanı: Firuzəyi və tünd qırmızı.

Əjdaha: (1916, 1928, 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012)

- Gərgin işgüzar dövrlər sükutla əvəz edilə bilər, bunu sakitcə qəbul etməyə çalışın, gücünüzü bərpa etmək üçün bu sükutdan istifadə edin. İntuisiyanız sizə çox kömək edəcək, amma ekspertlərin fikirlərinə və təcrübəli həmkarların köməyinə xor baxmayın.

Manipulyatorlardan uzaq durun: Yayda çox güclü emosiyaların təsiri nəticəsində risk etmə ehtimalı var. Odur ki, diqqətli olun.

Yeni romana başlamaq üçün münasib vaxt - bahar və yay aylarıdır. İşgüzar münasibətlər asanlıqla romantik hisslərə çevrilə bilər: Həmin adam uzun müddət sizinlə qalacaq.

Bu il üçün rəng talismanı: Ağ və qızılı.

İlan: (1917, 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013)

- Yeni layihələr, şəxsi maraqlar və bütün işlərdə demək olar ki, sizə tam hərəkət azadlığı veriləcək. Sarı it ili sizə yeni tanışlıq, planlar, ideyalar, çoxlu işlər və ünsiyyət gətirəcək. Güc və sağlamlığınızı itirməmək üçün prioritetləri dəqiq bölməyə çalışın və yayda mütləq istirahət edin. Çünki fiziki və emosional yorğunluq pul itkilərinə səbəb ola bilər.

Əsas odur ki, 2018-ci ilin hamisi İlan ilində doğulanların sevdiyi insanla münasibətlərinin yeni mərhələyə keçməsinə imkan verəcək. Əgər siz toy mərasiminə hazırsınızsa, digər işləri bir kənara qoyun və sevgilinizlə gələcək həyatınızı müzakirə edin.

Bu il üçün rəng talismanı: Firuzəyi, akvamarin.

At: (1918, 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014)

- Yeni ilin hamisi güclü keyfiyyətlərinizi: optimizm, özünə inam, risk və məntiqi uyğunlaşdırmaq bacarığını nümayiş etdirməyi tələb edəcək. Ulduzlar digər bacarıqlar üzərində də işləməyi məsləhət görür:
Arzularınız dərhal yerinə yetmirsə, uduzmağı və əsəbiləşməməyi öyrənin. Bir çox layihələrin həyata keçirilməsində yaxşı menecment tələb olunur, nəinki kreativlik.

Əgər yeni romantik münasibətlər axtarışındasınızsa, əvvəlcə köhnələrini aydınlaşdırmağa və bitirməyə çalışın. Sonra isə olmadığınız yerdə məzuniyyət keçirin.

Bu il üçün rəng talismanı: Ağ, mavi və zeytun yaşılı.

Keçi (Qoyun): (1919, 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015)

- Keçi ilindən olanlar üçün 2018-ci il ailə münasibətlərinin qaydaya salınması ilə yadda qalacaq. Ulduzlar sizə maliyyə məsələlərində riskə getməməyi tövsiyə edir.

Mühüm qərarlar üçün ən əlverişli vaxt – ilin əvvəlindən may ayına qədər olan dövrdür.

Yayda məzuniyyət lazımdır: Eyni zamanda bütün öhdəlikləri və işləri öz üzərinizə götürməməyə çalışın, emosional yüklənmə riski var.

Oktyabr və noyabr ən gərgin aylar olacaq, iyun və dekabr isə maddi baxımdan əlverişli ola bilər. Demək olar ki, bütün il yeni romantik münasibətlərin yaradılması üçün uğurlu olacaq, fevraldan noyabradək əlaqələrinizdə harmoniya və qarşılıqlı anlaşma hökm sürəcək.

Bu il üçün rəng talismanı: Ağ, indiqo.

Meymun: (1908, 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016)

- Maya qədər sizi nikbinliklə dolu günlər gözləyir. Belə müsbət əhval-ruhiyyə ilə yayda cəsarətlə yeni layihələrə başlamaq olar, onlar sizə pul və uğur gətirəcək.

İyunda maraqlı xarici ezamiyyət mümkündür, sentyabr ayını isə istirahətə və gücün bərpasına həsr etmək daha yaxşıdır.

Sağlamlığınıza biganə yanaşmayın: Həddindən artıq yorğunluq konsentrasiya itkisi ilə nəticələnə, diqqətsizlik isə ciddi problemlərlə nəticələnə bilər.

Sarı it ilində “Meymun”ları gözləyən əsas sürpriz yeni romantik münasibətlər olacaq.

Bayramlar və axşam dəvətlərindən imtina etməyin: Dostluq münasibətləri bu il çox asanlıqla sevgiyə çevrilə bilər.

Bu il üçün rəng talismanı: Narıncı-qırmızı, haki.

Xoruz: (1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017)

- Coşqun “Xoruz”u Sarı it ili əvəz edəcək. Odur ki, bu il altında dünyaya gələn insanlar öz prioritetlərini yenidən müəyyənləşdirməlidir.

Daha çox sağlam düşüncələrinizə köklənin, məntiqə üstünlük verin, emosiyalarınıza aldanmayın. Ətrafdakıların xahişləri sizə xeyir gətirməyəcək, odur ki, "Hə” cavabını verməyə tələsməyin. İmpulsiv reaksiya və düşünülməmiş hərəkətlərdən çəkinməyə çalışın.

Yeni tanışlıq üçün ən uğurlu vaxt yaz olacaq, mövcud münasibətlərin möhkəmlənməsi üçün ən yaxşı dövr ilin son üç ayıdır.

Bu il üçün rəng talismanı: Buz mavisi, şam yaşılı.

İt: “1922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018)

- Son dövrlərdəki gərginliyi ilham və müsbət ovqat əvəz edəcək. Sarı it ili sizin üçün düşərli olacaq və çox maraqlı sürprizlər hazırlayacaq. Əgər müsbət cəhətlərinizdən istifadə etsəniz, maliyyə vəziyyətini yaxşılaşdıra və ən böyük ambisiyalarınızı reallaşdıra bilərsiniz, o cümlədən cəsarət və inadkarlıq da məqsədlərə nail olmaq üçün vacib amillərdir.

Aprel və iyun aylarında əldə olunan pulları düzgün işlətmək lazımdır: xırda məsələlərə başqa vaxt da pul xərcləyə biləcəksiniz, əldə etdiklərinizi isə gələcəyə yaratmaq lazımdır.

Romantik münasibətlər ən gözlənilməz yerlərdə və ya uzaq səfərlərdə başlaya bilər. Odur ki, yayda heç bir dəvət, bayram, konsert və ya tədbirdən imtina etməyin.

Bu il üçün rəng talismanı: Qırmızı, yaşıl alma, mavi.

Donuz: (1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019)

- Sərbəstlik və müstəqillik, nikbinlik, sakitlik və özünə inam kimi müsbət xüsusiyyətləriniz Sarı it ilinin xoşuna gəlir. Siz ünsiyyətə açıqsınız, ətrafındakıları inandırmağı və onları dinləməyi bacarırsınız, onlar sizi dəstəkləməyə həmişə hazırdır. İşdə və həyati situasiyalarda nüfuzlu insanlar mühüm rol oynayacaq.

Yeganə xəbərdarlıq: İyulda sizə keyfiyyətsiz iş təklif edə bilərlər. Vəziyyəti diqqətlə qiymətləndirin, 100 faiz məlumat əldə etməyincə razı olmağa tələsməyin.

May yeni romantik tanışlıq üçün ən yaxşı aydır, yayda isə əcnəbi ilə roman yaşaya bilərsiniz.

Bu il üçün rəng talismanı: Yaşıl.

Şərhlər

XƏBƏR LENTİ