SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 2020-ci ildə ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək - Gələn ilin proqnozları

2020-ci ildə ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək - Gələn ilin proqnozları

Tarix:

21-12-2019, 13:52

/ 1 314 dəfə oxundu.
2020-ci ildə ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək - Gələn ilin proqnozları

2020-ci il artıq qapının astanasındadır. Odur ki, hansı heyvanın ilin sahibi olacağını və bu dəyişikliklərin hər birimizə nə vəd edəcəyini öyrənməyin vaxtıdır.

Şərq təqviminə görə, yeni il Ağ Metal Siçan üzərində təhvil olacaq.
Tanınmış astroloq Səbuhi Rəhimli qarşıdan gələn siçan ili ilə bağlı gözləntilərini və proqnozunu yenisabah.az-a açıqlayıb.
Astroloq siçan ilinin hava və torpaq ünsürlü bürclərə daha çox şans gətirəcəyini bildirib:
“Hər ilin öz aparıcı planeti olur, 2020 siçan ilinin də aparıcı planeti Saturndur. Saturnun himayəsində isə dolça və oğlaq bürcüdür. Siçan ilində adətən iki bürc aparıcı olacaq. Dolça və oğlaq da bu ilin komandan bürcləri sayılır.
Bu bürclərdən biri hava ünsürlüdür, (Dolça) digəri isə torpaq ünsürlü. (Oğlaq) Bu da ona sirayət edir ki, torpaq və hava ünsürlü bürclər (Buğa, Qız, Oğlaq, Əkizlər, Tərəzi, Dolça) digərlərinə nəzərən daha şanslı və enerjili olacaqlar.
Hər ilin qoroskopuna görə də “Dostluq üçbucağı” deyilən üç il var. Hər ilin özündən başqa iki dostu olur. Siçan ilinin dostları isə meymun və əjdahadır. Bu ilin aparıcı zodiak illəri arasında isə bu üç il şanslıdır”.
Astroloq Siçan ilində Azərbaycan siyasətində gözlənilən hadisələri də açıqlayıb:
“2020-ci ildə ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək. Onlar üçün yerdəyişmə olmayacaq, birbaşa vəzifələrini itirəcəklər”.
S.Rəhimli siçan ilinin Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcəyini bildirib:
“Siçovul ili tərəqqi, iqtisadi inkişaf, bolluq üçün uğurlu illərdəndir. İllər arasında qoyun, pişik və siçan ili bərəkətli illərdir. Siçan ili ruzinin bol olacağı illərdən sayılır. Bu da iqtisadiyyata müsbət təsirini göstərəcək. Statistikaya görə bu il meyvə-tərəvəzin bol olması ilə səciyyələndirilir”.

Şərhlər

XƏBƏR LENTİ