SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sevdiyiniz oğlanın anası sizi istəmirsə, nə etməlisiniz?

Sevdiyiniz oğlanın anası sizi istəmirsə, nə etməlisiniz?

Tarix:

16-02-2017, 19:46

/ 2 175 dəfə oxundu.
Sevdiyiniz oğlanın anası sizi istəmirsə, nə etməlisiniz?

Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe sərgiləyərkən analar da oğullarının sevgililərinə qarşı sərtdir. Oğulları üçün ən yaxşısını istəyərlər. Yaxşı, əgər sevdiyiniz oğlanın anası sizi istəmirsə, nə etməlisiniz?

Anası sizə nifrətmi edir? Yaxşı, bəs niyə?

Bəzi analar açıqfikirli olarkən, bəzi analar isə oğlunun qız dostunda ilk pis xüsusiyyətləri görür. Əgər sevgilinizin anası, sizi sevmədiyini biruzə edirsə, üstünə getməyin. Səbəbi sonsuzdur. Sizə bir səbəb verilsə belə, əslində bu səbəbin sizinlə əlaqəsi olmaya bilər.

Səhviniz nədir?

Sevgilinizin anası haqqında atmacalı danışırsınızsa, müzakirəyə girib hörmətsizlik edirsinizsə və ya çox süni hərəkətlər ilə yaxşı qız dostu təəssüratı yaradırsınızsa. səbəbi çox açıq ...

Bundan əlavə, sevgilinizi anası və sizin aranızda seçim etməyə məcbur edirsinizsə bu da ən əhəmiyyətli səbəblərdən biridir. Bu məqamda bir çoxu anasını seçəcək.

Sevdiyiniz oğlanın səhvi nədir?

Sevgilinizin anasının hər dediyini təsdiq etməsi bu səhvlərdən biridir. Təbii ki, anasının düşüncələri qiymətlidir. Amma əgər anasının fikrini sizinkindən daha qiymətli görürsə, münasibətinizi nəzərdən keçirsəniz yaxşı olar. Sevgiliniz ikinizin fikirinə də əhəmiyyət verməlidir. Lazım olduğu zaman sizi qorumalı, aranı düzəltməyə çalışmalıdır.

Əgər nə sizdə, nə də sevgilinizdə bir səhv yoxdursa, həlli mümkündür.

Həll yolları

1. Sevgilinizə bu vəziyyəti danışın. Beləcə, anası ilə sevgilisinin arasında bir problem olduğunu anlayacaq. Əhəmiyyət verirsə, ikiniz arasındakı problem üçün həll yolları axtaracaq. Bu müddətdə anasına qarşı hörmətsizcə davranmamalıdır.

2. Mövzunu ananızla danışın. Bir ana gözündən hadisəyə baxmağınız yaxşı olacaq.

3. Hər zaman nəzakətli olun. Sevgilinizin anası sizdən nifrət edirsə, əsla siz də nifrət etməyin. Əksinə, bu nifrəti gözardı edib gülümsəyin. Hər nə qədər sizə iynələyici şəkildə cavab versə də, kübarlığınızdan güzəştə getməyin. Bu sizi ucaldacaq bir davranışdır.

4. Kübar, amma özünə güvənən biri olun. İddialı olun. Sevgiliniz sizi müdafiə etmirsə, hörmətsizlik etmədən özünüzü müdafiə edin. Anasının düşüncələrinə hörmət edin və öz fikrinizi bildirin. Anası bundan xoşlanmasa belə, ən azından güclü bir xarakter olduğunuzu görəcək.

Bunların heç biri işə yaramadısa, anası heç bir şəkildə dəyişməyəcək. Sizi sevməsi üçün məcbur etməyin və zamana buraxın.

Şərhlər

XƏBƏR LENTİ