Lider TV-nin canlı efirində deputata savadsız dedilər- VİDEO
Lider TV-də yayımlanan “Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.
Məlumata görə, gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub.
Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.
O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin “gop” olduğunu deyib.
D. Əzimli isə onun bu ifadəni işlətməsinin “ayıb” olduğunu dilə gətirib.
Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.
D. Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və “savadsız” adlandırıb.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı