"Şəhid övladlarına xidmət pulsuzdur..." - Nümunəvi addım (FOTO)
Lənkəran sakini Ramin Əkbərli, sahibi olduğu şirniyyat dükanında şəhid ailələrinə kömək etmək məqsədilə xeyriyyə aksiyası keçirir. O, Türkiyə mətbuatında bu tip xeyriyyə aksiyalarının keçirilməsi haqqında xəbərləri oxuduqdan sonra belə bir qərara gəlib.
"Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qardaşlarımızın xatirəsi xalqımız tərəfindən həmişə uca tutulub. Dövlət tərəfindən də şəhid ailələrinə lazımınca diqqət və qayğı göstərilir. Mən də şirniyyat məmulatları hazırlanan və satılan müəssisəmizdə şəhid qardaşlarımızın ailələrinə yardım etmək qərarına gəldim" — deyir R. Əkbərli.
Buna görə sahibkar obyektinin qapısından "Şəhid övladlarına tort məmulatları pulsuzdur, hesabları ataları tərəfindən ödənilib" elanını asıb: "Ötən ilin sonlarından bu aksiyaya start verdik. Yeni il ərəfəsində 20-yə yaxın şəhid ailəsinə tort və müxtəlif şirniyyat məmulatları hədiyyə edilib. Bu günə qədər 30-a yaxın şəhid ailəsinə yardım etdik. Yeni ildən sonra isə şəhid ailələrinə, həmçinin ərzaq və geyim hədiyyələri etmişik".
"Şəhid ailələrinə, təkcə şirniyyat və ərzaq yardımı etmirik. Şəhid övladlarının ad günü tədbirlərinin təşkili və bəzədilməsini həyata keçiririk" — həmsöhbət bildirib. Mağaza sahibi xidmətdən sui-istifadə edilməməsi üçün şəhid ailələrinin bununla bağlı müvafiq sənəd təqdim etməli olduqlarını qeyd edir. O, aksiyanın əsas məqsədini belə izah edir: "Məqsəd şəhidlər və onların ailələrinin unudulmaması, daim diqqət və qayğı görmələri və insanlarda vətənpərvərlik ruhunun artırılmasıdır".





Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır