SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dustağın özünü öldürməsi onun saxlanıldığı idarə üçün, o idarənin tabe olduğu nazirlik üçün xətadır

Dustağın özünü öldürməsi onun saxlanıldığı idarə üçün, o idarənin tabe olduğu nazirlik üçün xətadır

Tarix:

4-12-2017, 14:27

/ 1 338 dəfə oxundu.
Dustağın özünü öldürməsi onun saxlanıldığı idarə üçün, o idarənin tabe olduğu nazirlik üçün xətadır

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib.
İddia edilir ki, H. Məmmədov ağrılara dözmədiyi üçün canına qəsd edib. O, ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkirmiş. H. Məmmədovun xərçəng xəstəliyinə keçmiş MTN-in istintaq təcridxanasında saxlanıldığı vaxtlarda tutulduğu bildirilir. Ona şüa terapiyası da edilib. Lakin müalicə heç bir nəticə verməyib.

Hacı Məmmədovun intiharı ilə bağlı keçmiş polis rəisi Mahmud Hacıyev "Ölkə.Az"-a açıqlama verib:

"İstər istintaq təcridxanasında, istər islah əmək müəssəsində, istər müvəqqəti saxlama kamerasında dustağın, şübhəli şəxs qismində saxlanılan şəxsin intihar etməsi həmin qurum və onun rəhbərliyi üçün fövqəladə hadisədir. Bütün hallarda bu qanun pozuntusudur. Sovetlər birliyi dönəmində belə hadisələr olanda Moskvadan komissiya gəlirdi, kalonu yoxlayırdılar və böyük xidməti təhqiqat aparırdılar. Həmin ximəti təhqiqatın nəticəsindən asılı olaraq orada əməliyyat işlərini rəhbərlik edən şəxslərə, kalonun rəhbərliyinə inzibati cəza verirdilər. Hətta elə olub ki, il ərzində bir neçə dəfə intihar hadisəsi olduqda kalonun rəhbərliyi rəis vəzifəsindən azad edilib. Bu indi də belədir. Hər bir halda dustağın intihar etməsi xətadır, fövqəladə hadisədir. İmkan yaratmaq olmaz ki, dustaq və yaxud şübhəli şəxs qismində saxlanılmış bir şəxs intihar etsin. Dustağın intiharı çox qaranlıq məqamlar ortaya çıxardır".

Hacı Məmmədovun ağrılara dözə bilməyib intihar etməsinə gəldikdə isə keçmiş polis rəisi bildirib ki, hazırda ölkənin üçdə biri xərçəng xəstəsidir:
"Bu yaxınlarda bir qohumun xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə getmişdim. Mərkəz dolur, boşalır. Onda gərək hamı özün öldürsün?

Bütün hallarda dustağın özünü öldürməsi onun saxlanıldığı idarə üçün, o idarənin tabe olduğu nazirlik üçün xətadır. İmkan yaratmaq olmaz intihara cəhd etməyə. Xərçəng olmur, lap can üstə olan xəstə olsun, ona şərait yaratmaq olmaz ki, özünə qəsd etsin.

Dustağın intihar etməsinə şərait yaratmaq olmaz. Özünə qəsd halı olduqda ortaya qaranlıq məqamlar çıxır. Bunda sonra KİV-də müxtəlif iddialar ortaya çıxacaq, biri yazacaq yəqin "yeni faktlar var imiş", biri yazacaq "nə isə demək istəyirmiş susdurdular". Bu iddialar, yəqinlər, ehtimallar olmasın deyə, bütün hallarda dustağın intihar etməsinə imkan vermək olmaz. Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etmişdir. İlqar Əliyev istintaq təcridxanasında intihar etdi. Ümumiyyətlə istintaq təcridxanasında olan şəxsə diqqət birə yüz olmalıdır. İlqar Əliyevin intiharından sonra çoxlu iddialar ortaya atıldı. Hacı Məmmədovun intiharı məsələsində də çoxlu iddialar ortaya atılacaq".

Şərhlər

XƏBƏR LENTİ