SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakının iki məhşur restoranında qandonduran... fırıldaq, soyğunçuluq

Bakının iki məhşur restoranında qandonduran... fırıldaq, soyğunçuluq

Tarix:

16-02-2017, 00:49

/ 3 718 dəfə oxundu.
Bakının iki məhşur restoranında qandonduran... fırıldaq, soyğunçuluq

Bakıda restoranların xidmətindən ciddi narazılıqlar var

Müştərilərin aldadılması, hesabda fırıldağa əl atılması, keyfiyyətsiz yemək və baha qiymətlər, xidmət səviyyəsinin aşağı olması etiraz doğurub.

Bu barədə tez-tez şikayətlər gəlir, sosial şəbəkələrdə də məlumatlar yayılır. Ancaq gündəmin qaynar olması və siyasi, sosial-iqtisadi məsələlər mövzusunda yazıların hazırlanması restoranlardan şikayətləri təqdim etməyə zaman baxımıdan imkan vermir.

Bu dəfə fürsət tapıb iki restoran haqda sosial şəbəkədə yayılmış şikayəti təqdim edirik. Elmir Kərimli Feysbukda yazır: “Dünən ən sevdiyim mətbəxi olan Süfrə (əvvəl Beer Hall idi - Malokan bağında) restoranında şam yeməyi qərarına gəldik.

Zəng edib yer bron edəndə dedilər ki, bu günə özəl (14 fevral) menyumuz var 60 və 80 man-lıq. Soruşanda ki, nə daxildir bu menyuya – dedilər ki, mimoza salatı, ət və göy qutabı... Dedim qutabda saxla, menyu lazım deyil, mən özüm sifariş verəcəm.

Qutabı deyəndə ürəyimə damdı ki, bu restoranda nəsə bir əmma var. Avropa və qismən də Azərbaycan mətbəxi olan yerdə “sevgililər günü”nə özəl nə əcəb qutab təklif edirlər? 2-3 ay idir ki, getmirdim. Orada olan mətbəx Bakının heç bir xod gedən restoranında yox idi – dadına və görünüşünə görə”.

Müştəri yazıb: “Həmişə orada ya steykdən, ya ördək nar sousundan sözün əsl mənasında zövq alırdıq. Dünən də heç fikirləşmədən o restoranda şam yeməyinə qərar vermişdik.

Nəisə, masa arxasında oturanda başa düşdüm ki, restoranın müdriyyəti, mətbəxi və konsepti dəyişib. Dostlarla kabablamağa getdiyimiz sıradan bir restorana dönüb. Ofisiantdan soruşdum ki, heç olmasa steyk verə bilərsiniz və normalmı verirlər steyki?

Dedi ki, problem yoxdur. 30 – 40 dəq-dən sonra şəkildə gördüyünüz “steyk”i gətiriblər. Ofisiantı çağırıb dedim ki, belə steyk olmur, mən kabab sifariş etməmişəm, administratoru çağır. Uzun sözü qısası administrator gedib gəldi və sonda razılaşdı ki, dəyişək.

Bir az keçmişdi ki, ofisiant gəlib ki, mənim ayağıma vururlar bu yeməyi. Oturanda görmüşdüm ki, bir türk fırlanır ortalıqda, başa düşmüşdüm ki, budur yiyəsi. Getdim yanına, başladı mənə steyk bişirmə metodlarından danışmağa.

Sonra da dedi ki, problem yoxdur, ancaq personelin ayağına vuracayıq. Gördüm yazığın ayağına vuracaqlar, dedim ehtiyac yoxdur, biz bu steyki götürərik.
Sözümün canı bir də bu restorana getməyəcəm və dostlara da məsləhət görmürəm. Yemək çeşidi, servis sıfırdır, qiymətləri də olduqca baha”.

Feysbukda “Müştəriyəm, şikayətim var” səhifəsinə daha bir istifadəçi narazılığını yazıb: “Deməli restoranin adı "Bəyaz Şadlıq evi" adlanır. Bakıxanov qəsəbəsində icra hakimiyyətinin tam yaxınlığında yerləşir. Deməli, siz 50 nəfərlik banket zalı sifariş verirsiniz, menyunun qiyməti da razılaşdırılır.

Misalçün adam başina 22 manat... 5 dənə stol bəzədilir, bir dənə də artıq stol boş qoyulur kənarda.

Yəni ki, 50-dən əlavə gələn qonaqlar orada əyləşəcək və onların hesabı əlavə ödəniləcək.. Banket başlayır, hər şey əla keçir, hamı deyir-gülür şadlanır və nəzərdə tutulan stolda heç kim oturmur.

Sonda hesablaşmağa gələndə adminstrator və restoran sahibi deyir ki, sizin stolların ətrafına biz 12 ədəd stul düzmüşdük ,ona görə də siz əlavə pul ödəməlisiniz.. Kameramana da əvvəlcədən özləri elə tapşırıblar ki, boş stul çəkilməyib, ancaq dolu stullardı.

Bu minvalla əlavə pul qopartmağa çalışırlar. Sifariş verən adama demədən stulların sayı artırılır. Sonda deyilir ki, biz sizə hörmət elədi, sizin qonaqlar ayaqüstə qalmasın”.

Şərhlər

XƏBƏR LENTİ