SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hakimiyyətdən şok addım: Qovulan məmurların oğurladıqları büdcəyə qaytarılır

Hakimiyyətdən şok addım: Qovulan məmurların oğurladıqları büdcəyə qaytarılır

Tarix:

15-02-2017, 00:17

/ 4 561 dəfə oxundu.
Hakimiyyətdən şok addım: Qovulan məmurların oğurladıqları büdcəyə qaytarılır

Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyi ləğv edilib və yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb

Məlumata görə, struktur islahatları bir neçə nazirlik, komitə və ardınca icra hakimiyyətlərini əhatə edəcək.

Bu addımdan sonra ölkədə əksər insanları daha hansı nazirliklərin, dövlət qurumlarının ləğv olunacağı sualı düşündürür.

Bu qərar siyasi hakimiyyətdaxili proseslərin nəticəsi olsa da, iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirilə bilər. Onsuz da Nəqliyat Nazirliyinin tənzimləyici səlahiyyətlərinin çoxu ondan alınmış və müxtəlif strukturlar arasında bölüşdürülmüşdü.

Əldə etdiyimiz bilgilərə görə, hər halda kimliyindən asılı olmayaraq, dövlət səviyyəsində formalaşmış bir çetenin dağıdılması müsbət amildir.

Bir hökümət üzvünün postda uzun müddət qalması onun rəhbərlik etdiyi qurumun artıq ailə biznesinə çevrilməsinə dəlalət edər.

Rəhbərlik etdiyi struktura daxil bütün sahələr quda qohumlarının, xala uşaqlarının, əmi uşaqlarının, arvad qohumlarının, nəvələrin, babaların arasında bölüşdürülər və beləliklə də qurum dövlət inhisarından ailə inhisarına daxil olar. Lakin burada bir unudulan vacib bir məsələ var.

Təbii ki, bu da zamanında Gürcüstanda olduğu kimi, kimliyindən asılı olmayaraq hökümətdən gedən yüksək çinli məmurların işlədikləri illərdə mənimsədiklər pullar son qəpiyinə kimi hesablanmalı və bütün inzibati metodlarla büdcəyə ödənilməsi məcbur edilməlidir.

Elə edilməlidir ki, onlar vəzifədən əvvəlki vəziyyətlərinə yəni dolanmaq üçün taksi sürücüsü taksisinə, çilingəri isə çilingərliyinə qayıtsın. Yoxsa indiki vəziyyətlərində onlar əllərindəki varidatla dövlətə və onun Prezidentinə daima təhlükədirlər.

Yəni bütün hallarda Cənab Prezidentdən bu qabildən olan islahatları gözləyirik və həmişə də qeyd etdiyimiz kimi, Azərbaycanda mövcud problemlərin həlli üçün qarşıya qoyulmuş yol xəritələrinin həyata keçməsi struktur və kadr islahatlarından keçər.

Şərhlər

XƏBƏR LENTİ