SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Pornoulduzlardan real seks məsləhətləri

Pornoulduzlardan real seks məsləhətləri

Tarix:

14-02-2017, 22:01

/ 7 585 dəfə oxundu.
Pornoulduzlardan real seks məsləhətləri

Əsas nəzəriyyə deyil, əsas təcrübədir. Sizin illik seks təcrübənizi bir həftədə yaşayan pornoulduzlar real seksdən danışır.

Pornoulduzlar yataqda necə həzz almağı və qarşı tərəfə həzz verməyi çox yaxşı bilirlər. Bu səbəbdən onların məsləhətlərinə qulaq asmağa dəyər.

Məsləhət № 1. Önsevişmə – gün boyu

Qadınlar seksə özlərini gün boyu kökləyirlər. Önsevişməyə adi mesaj, yemək, söhbət, öpüşlər və hətta əyləncə daxildir. Əgər önsevişmə istənilən səviyyədə keçsə, bilin ki, seks də siz istədiyiniz kimi olacaq.

Məsləhət № 2. Seksdə sürtkü kremləri çox olmur

Bu kremlər mümkün ağrı hisslərini aradan qaldırır, seksi keyfiyyətli, orqazmı bol edir.

Məsləhət № 3. Əminlik və kobudluq

Qadınlar kinolardakı kimi romantik sekslə bərabər, pornoda olan kobud seksləri də sevirlər. Yataqda həssas sevgidən çox, keyfiyyətli seksə ehtiyac var. Qadınlar kişilərdən daha çox ehtiras, kobudluq və əminlik gözləyirlər. Sevgi və kobud seks – ideal cütlükdür.

Məsləhət № 4. Klitorun stimulyasiyası

Klitorun orqazma təsirini kölgədə qoymaq olmaz. Vaginal orqazm hər bir qadına nəsib olmur. Buna səbəb klitorun vaginal seks zamanı minimum dərəcədə qıcıqlanmasıdır. Klitor orqazmını isə faktiki bütün qadınlar keçirirlər. Bunu unutmayın.

Məsləhət № 5. Barmaq, dil və dodaqlarınızı istifadə edin

Kişilər seksdə yalnız özlərini düşünməməlidirlər. Qadın kişidən yalnız sərt daxilolmanı gözləmir. Qadınlar sığal çəkilməsini, öpülməsini də istəyirlər. Əlləriniz boş qalmasın.

Məsləhət № 6. Seksdə göz təması

Seksdə göz təması olduqca vacibdir. Bu olduqca intim və emosional bir haldır.

Məsləhət № 7. Seksdə daha çox qeyri-adilik

Klassik pozalar işləsə də, bəzən qeyri-adiliyə də ehtiyac var. Seks pozaların dəyişdirilməsi, intim əlaqələrin möhkəmlənməsinə gətirib çıxardır. Seksdə qeyri-adi və gözlənilməz olun.

Şərhlər

XƏBƏR LENTİ