SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Türkiyənin məşhur serialındakı Azərbaycan səhnəsi GÜNDƏM YARATDI

Türkiyənin məşhur serialındakı Azərbaycan səhnəsi GÜNDƏM YARATDI

Tarix:

27-11-2017, 16:08

/ 1 403 dəfə oxundu.
Türkiyənin məşhur serialındakı Azərbaycan səhnəsi GÜNDƏM YARATDI

“Savaşçı” serialının 22-ci bölümündəki Azərbaycanla bağlı səhnələr gündəm yaradıb.
Dünən Türkiyənin "FOX" telekanalında yayımlanan “Savaşçı” serialının 22-ci bölümü yayımlanıb. Serialda Azərbaycanla bağlı səhnələr marağa səbəb olub.
22-ci seriyada terrorçular Azərbaycanın neft layihəsində çalışan 6 mühəndisi qaçırır. Bu vəziyyətdə Azərbaycanın Türkiyədəki səfiri qardaş ölkənin xüsusi təyinatlılarından dəstək istəyir. Qarşı tərəf dərhal “bordo bereliler”i hadisə yerinə göndərir. Komandir Albay Halil İbrahim Kopuzun əsgərlərə Azərbaycan bayraqların nişanını verib “Bu bayraq da bizimdir. Odur ki, vəzifəniz daha həssasdır”, - deyə bildirir.
Azərbaycan uğrunda özünü fəda etməyə hazır olan türk əsgərlərinin mühəndisləri xilas etmək üçün canfəşanlıq göstərməsi, sayğı əlaməti olaraq qollarına bizim bayrağı taxması sosial şəbəkələrdə də rəğbətlə qarşılanıb.

Şərhlər

XƏBƏR LENTİ