DYP rəisi müharibə veteranını xəstəxanalıq etdi - Generala qarşı şok ittiham
DİN-in BDYPİ rəisi general Ramiz Zeynalovdan daha bir şikayət var
Bu barədə Qarabağ Müharibəsi veteranı, məcburi köçkün və II qrup əlil Şamil Abbaslının qızı ictimai fəal Həcər Abbaslı müraciət ünvanlayıb.
Şikatətçi bildirib ki, 9 saylı MERO rəisi Tariyel Məmmədovun vəzifə səlahiyyətləri aşaraq atasına yaratdığı problemlərdən şikayət etmək üçün zərərçəkmiş qismində BDYPİ rəisi ilə görüşmək üçün ona zəng edib. Ramiz Zeynalov veterana saat 5 üçün idarəyə gəlməsini və onun qəbul edəcəyini bildirib. Zərərçəkmiş vətəndaş Şamil Abbaslı rəisin dediyi saatda orda olduqda rəisə zəng vurub idarədə olduğunu bildirir.
BDYPİ rəisi isə Vətən uğrunda sağlamlığını fəda etmiş vətəndaşa "Rədd ol burdan səni qəbul etmirəm” deyib təhqir edib. Ş.Abbaslı qarşılaşdığı təhqiramiz münasibətdən mənəvi sarsıntı keçirib və ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabil ağır olaraq qalır.
Keçmiş döyüşçünün ailəsi generalın hörmətsizliyini Prezidentin tapşırığına məhəl qoymamaq kimi dəyərləndirib: "Niyə bu adamlar ölkə başçısının hədələrindən qorxmurlar, niyə vətəndaşla lazımsız əşya kimi davranırlar, niyə bu harın məmurlar məsuliyyət hissini itiriblər?Axı bunlara bu ixtiyarı kim verib?Prezident İlham Əliyev hər zaman çıxışı zamanı icra başçılarını, məmurları sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb. Amma əfsuslar olsun ki, Ramiz Zeynalov kimi məmurlar bundan nəticə çıxarmırlar. Ümid edirik Cənab Prezident özü bu məsələyə müdaxilə edəcək və vətəndaşı incidən Ramiz Zeynalovun qanuna müvafiq qaydada cəzalandırılmasına göstəriş verəcək". - deyə müraciətdə qeyd olunub.
Onu da nəzərə çatdıraq ki, artıq məsələ ilə bağlı Prezidentə müraciət ünvanlanıb.
mia.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır