Neftimiz ucuzlaşdı
Dünya birjalarında neft bahalaşır. "AzeriLight" markalı neftin qiyməti isə ucuzlaşdı.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,26% artaraq 53,07 dollar təşkil edib.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti isə 1,33 dollar və ya 2,29% azalaraq 56,66 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,31% artaraq 55,76 dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ötən gün müşahidə olunan ucuzlaşmadan sonra bugünkü ticarət sessiyasının əvvəlində "qara qızıl" dəyər qazanmaqdadır. İnvestorlar dilemma qarşısındadır: bir yandan OPEC sutkalıq neft hasilatını azaldıb, digər tərəfdən isə ABŞ-ın kommersiya ehtiyatları artım nümayiş etdirir. "Bloomberg" agentliyinin sorğu keçirdiyi analitiklər qeyd edir ki, ABŞ-ın neft ehtiyatları 6 həftə ard-arda artır. Sonuncu həftə artım 3,5 mln. barel təşkil edib. ABŞ-ın Energetika Nazirliyi neft ehtiyatlarının həcminə dair növbəti hesabatı sabah açıqlayacaq.
"İnterfax" agentliyinin apardığı hesablamalar isə göstərir ki, OPEC üzvləri hasilatın azaldılmasına dair razılaşmaya 93% əməl edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır