SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəqliyyat Departamentinin işçiləri cəzalandırılacaqmı? - ŞİKAYƏT VAR

Nəqliyyat Departamentinin işçiləri cəzalandırılacaqmı? - ŞİKAYƏT VAR

Tarix:

14-02-2017, 09:13

/ 1 926 dəfə oxundu.
Nəqliyyat Departamentinin işçiləri cəzalandırılacaqmı? - ŞİKAYƏT VAR

Ucar rayonu Qazyan kənd sakini Məlikov Səfa Sabir oğlu tərəfindən şikayət məktubu ünvanlanıb. Həmin məktubu olduğu kimi təqdim edirik:

"Mənim qardaşım 1971-ci il tarixdə anadan olmuş Məlikov Aydın Sabir oğlunun ölümünə baiskar Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı olub.Ancaq bu cinayət faktını araşdıran yoxdur.Belə ki, qardaşım Aydın Məlikov Səudiyyə Ərəbistanda müqavilə əsasında gəmidə işləyirdi.Müqavilənin vaxtı bitdiyi üçün 3-4 gün olardı ki, evə gəlmişdir.06 fevral 2017-ci il tarixdə həyətdə çoxdan saxladığı Qazel markalı avtomobilini təmir etdirmək məqsədi ilə ustaya göstərmək üçün Ucar rayonunun mərkəzinə getmişdir. Rayonun Oğuz küçəsi ərazisində Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı qardaşıma yaxınlaşıb ondan fərqlənmə nişanını tələb ediblər.Qardaşım onlara bildirib ki, mən yük daşımaqla məşğul olmuram özümdə Azərbaycana 3 gündür ki, gəlmişəm.Onlar Aydınla yersiz mübahisə etməyə başlayıb üstünə hücum edib bərk əsəbləşdirdiklərindən oradaca qardaşımın huşu gedib.Nəqliyyat Departamentinin əməkdaşları huşsuz vəziyyətdə yerə yıxılan qardaşımıın cibini axtarmağa başlayıblar. Yaxınlıqda olan insanların müdaxiləsindən qorxuya düşən həmin azğınlaşmışlar oradan qaçıb uzaqlaşıblar.

Nəqliyyat Departamentinin işçiləri cəzalandırılacaqmı? - ŞİKAYƏT VAR
Nəqliyyat Departamentinin işçiləri cəzalandırılacaqmı? - ŞİKAYƏT VAR

Ucar Rayon Xəstəxanasına çatdırılan qardaşımın beyninə qansızması aşkarlandığı üçün onu təcili yardım maşını ilə Bakı şəhərinə xəstəxanaya gətirdik.Burada iki gün həkimlərin səyi nəticə vermədi qardaşım dünyasını dəyişdi.Həkimlər bildirdilər ki, qardaşınız bərk əsəbləşdiyi, stress keçirdiyi üçün insult keçirib. Biz bu barədə 102 xidmətinə zəng edib məlumat versəkdə qardaşım Aydının ölümünə bais olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə heç bir tədbir görülməmişdir.Onların ikisinin Rəşad Şəfiyev və Anar İsgəndərovun adlarını öyrənmişik. Bu azğınlaşmış 6 nəfər şəxsin həyatına son qoyduqları qardaşımın iki övladı yetim qaldı.Onlar qanun qarşısında cavab verməli və barələrində cinayət işi başlanılıb həbs edilməlidirlər".

Sonda narazı vətəndaşın daxil olan müraciətində qeyd olunur: "Mən Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm qardaşım Məlikov Aydın Sabir oğlunun ölümünə səbəkar olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə ciddi tədbirlər görəsiniz".

Nəqliyyat Departamentinin işçiləri cəzalandırılacaqmı? - ŞİKAYƏT VAR
Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


Şərhlər

XƏBƏR LENTİ