XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Bu gün, 16:27

Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında güclü yanğın baş verib.

Bu barədə diyarın təcili yardım qərargahı məlumat yayıb.

Ust-Labinskdəki neft anbarına PUA hücumu nəticəsində baş verən yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən 54 texnika cəlb olunub.

Məlumata görə, neft anbarında yanğın təxminən 5000 kvadratmetr sahəni əhatə edir.

Hücum nəticəsində ölüm faktı qeydə alınmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.