SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ARİF QARAŞOV RƏHİM RƏHİMOVU XİLAS ETMƏKLƏ İMPERİYASINI QORUDU, BƏS VİLYAM HACIYEV..?

ARİF QARAŞOV RƏHİM RƏHİMOVU XİLAS ETMƏKLƏ İMPERİYASINI QORUDU, BƏS VİLYAM HACIYEV..?

Tarix:

10-02-2017, 01:00

/ 1 503 dəfə oxundu.
ARİF QARAŞOV RƏHİM RƏHİMOVU XİLAS ETMƏKLƏ İMPERİYASINI QORUDU, BƏS VİLYAM HACIYEV..?

“Görəvindən alınmasına baxmayaraq ciddi rıçaqlara malik olan cənab Qaraşov hər dəfə Rəhim Rəhimovun səhvlərini ört-basdır etməklə öz maliyyə imperiyasını qoruyur” - deyən mənbə, əlavə olaraq bildirdi ki, İmişli Maliyyə idarəsinin rəisinin görəvinə döndüyü günün səhəri, rayon icra hakimiyyətinin inzibati binasından çıxarkən “artıq bu gündən hər şeyə sıfırdan başlayıram” – bəyanıtının arxasında da məhz bu amil durur.

İmişlidəki “Nərgizim” şadlıq sarayında, toyda sərxoş vəziyyətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsi döyərək ona fiziki xəsarətlər yetirmiş və bu hərəkətinə görə görəvindən alınmış İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun yenidən vəzifəsinə qayıdışından sonra “artıq bu gündən hər şeyə sıfırdan başlayıram” – bəyanıtının nədəni ilə bağlı araşdırmalarımızın olacağını anons etmişdik. Və onu da qeyd etmişdik ki, Rəhim Rəhimovun “artıq bu gündən hər şeyə sıfırdan başlayıram” bəyanatının arxasında nələrin durması olduqca maraqlıdır.

Məsələn, prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı, “Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır.” – fikrini bir daha, həm də hər kəsin nəticə çıxarması üçün təkrarladı. Sözsüz ki, həmin konfransda İmişli rayon İcra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevdə olub.

Və cənab Hacıyev prezidentin: “Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir” – bəyanatına da canlı şahidlik edib. Elə isə nədən Rəhim Rəhimovun iradəsi İmişlidə üstünlük təşkil etdi? Axı adam məhz törətdiyi əməlinə görə görəvindən alınmışdı. Görəsən hansı maddə bir neçə aylıq taym – autdan sonra törədilən əmələ bəraət verir? Ola bilsin ki, döyülərək xəsarət alan şəxs məcburiyyətdən və ya könüllü Rəhim Rəhimovdan şikayətçi olmasın. Hətta onunla barışıb növbəti toy məclislərində “Yallı” belə oynasın. Bəs kim qarantiya verir ki, İmişli Maliyyə İdarəsinin rəisi növbəti dəfə əməlini təkrar törətməyəcək? Həm də əvvəlkindən daha sərt formada. Axı adam hər halda törətdiyi əməlindən qurtuluşun yollarını da öyrənib. Bəyəm Vilyam Hacıyev cənab prezidentin “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir,” – sözlərini neçə dəfə dinlədikdən sonra yadda saxlamalıdır? Xalqa xidmət sərxoş olub xəsarət yetirməkdirmi? Tutaq ki, Rəhim Rəhimovun tabe olduğu qurum onun yenidən görəvinə dönməsində problem görmür. Lakin əyalət insanı ilə işləyən həmin qurumun başında duranlar deyil, məhz cənab Vilyam Hacıyev və icra strukturudur. Rayon icra hakimiyyətinin başçıları məhz prezidentin əyalətlərdə təmsilçiləridirlər. Maliyyə və ya digər şöbələrin rəisləri deyil. “Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir.” – deyir cənab prezident. Məhz ölkə başçısının bu addımından sonra İmişlidikə dəbdəbəli restoranlardan birində 50 illiyini təmtəraqla, səs-küylə qeyd edən Rəhim Rəhimovun əməlləri haqqında cənab Hacıyev eşitmədimi? Əgər eşitdisə tədbir gördümü? Gördüsə bəs Rəhim Rəhimov nədən nəticə çıxarmadı? Nəinki nəticə çıxarmadı, hətta sərxoş vəziyyətdə adam da döydü, görəvini də davam etdirir. “Babək” filmində sərkərdə Babək Xürəmmidin döyüşdən qaçan oğlunun söylədiklərinə “Amma Babəkin oğlu…” – deyə yanıt verməyini xatırladım.
Mənbədən əldə etdiyimiz məlumata görə İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun hər dəfə yol verdiyi xətalarında xilaskar mələyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovdur. Məlumatı verən mənbənin bildirdiyinə görə Rəhim Rəhimov Arif Qaraşovun ağsaqqalı olduğu qrupun üzvlərindəndir. “Görəvindən alınmasına baxmayaraq ciddi rıçaqlara malik olan cənab Qaraşov hər dəfə Rəhim Rəhimovun səhvlərini ört-basdır etməklə öz maliyyə imperiyasını qoruyur” - deyən mənbə, əlavə olaraq bildirdi ki, İmişli Maliyyə idarəsinin rəisinin görəvinə döndüyü günün səhəri, rayon icra hakimiyyətinin inzibati binasından çıxarkən “artıq bu gündən hər şeyə sıfırdan başlayıram” – bəyanıtının arxasında da məhz bu amil durur.

Əldə etdiyimiz məlumata görə Rəhim Rəhimovun törətdiyi son hadisədən sonra görəvinə yenidən dönməsilə bağlı İmişli rayon İcra hakimiyyətnin başçısı Vilyam Hacıyevlə aparılan danışıqlarda da bu amil müzakirə predmeti olub - “Səhvlərə stop”.

Xatırladaq ki, icra başçısı rayondakı məmur korpusuna “yanımda bir quyu var, çalışın düşməyin, düşərsinizsə məndən kömək də gözləməyin, çünki üstünüzü örtən ilk kişi mən olacam”- deyə xəbərdarlıq etmişdi. Görünür quyu da əyalət məmuru kimidir. Yalnız icra başçısı istəyəndə…

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Bakunews

Şərhlər

XƏBƏR LENTİ