"Dil nə qədər saf və zəngin olarsa, milli varlığımız o qədər sarsılmaz olar" - Əli Həsənov
“Hər bir xalqın dili onun zəngin sərvətidir. Dil xalqın özünüqoruma instiktini gücləndirir. Milləti təsdiq edən onun ana dilidir. Azərbaycan dili dövlət atributlarından biridir, sosial mənəvi dayağıdır. Dil nə qədər saf və zəngin olarsa, milli varlığımız o qədər sarsılmaz olar. Dövlət dili respublikada bərqərar olub. Bu da Azərbaycançılıq məfkurəsinə çatmağa imkan verib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə -1978-ci ildə təzyiqlərə baxmayaraq Azərbaycan dili dövlət dili oldu”.
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycan müstəqil olduqdan sonra ana dili ilə bağlı mühüm addımlar atılıb: “Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilib. Müasir dövrdə texnologiyanın insanlar tərəfindən mənsənilməsi dövlət dilini təkmilləşdirməklə yanaş,ı mənfiliklər də gətirib. Təəssüflər olsun ki, bəzən kütləvi informasiya vasitələrində dilin norma və prinsipləri pozulur. Filmlərin dublyajında da nöqsanlar olur, küçə reklamlarında da bu cür hallar mövcuddur. Küçə və meydanlarda reklamlarda adi qrammatik qaydalara riayət olunmur. Milli Televiziya və Radio Şurasının televiziyalarda dilin qorunması ilə bağlı səlahiyyətləri mövcuddur”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb