SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacı Qalibin oğluna 7 il cəza verilə bilər

Hacı Qalibin oğluna 7 il cəza verilə bilər

Tarix:

3-10-2017, 11:35

/ 64 208 dəfə oxundu.
Hacı Qalibin oğluna 7 il cəza verilə bilər

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə artıq 2 həftədir ki, həbsdədir

O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 315.2 maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb.

Hacı Qalib oğlunun həbsi ilə bağlı mətbuata açıqlamasında bunu “qondarma qərar” adlandırsa da, faktiki olaraq, artıq Əlihüseyn Salahzadə sentyabrın 18-dən dəmir barmaqlıqlar arxasındadır. Sentyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində sabiq deputatın oğlu barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayətinə baxılıb. Lakin Hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda şikayət təmin edilməyib. Eyni zamanda onu da qeyd edək ki, Əlihüseyn Salahzadənin vəkili mətbuata açıqlamasında bildirmişdi ki, zərərçəkmiş Elbəy Mirzəyev şikayət ərizəsini geri götürüb.

Hazırda isə Ə. Salahzadəyə qarşı irəli sürülmüş maddəyə görə, o, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Vəkil Əsabəli Mustafayev bildirib ki, bu əmələ görə qarşı tərəfin şikayətini geri götürməsi heç bir fayda vermir:

“Bu ittiham ictimaidir. Ona görə də burada şikayətin olmaması yalnız yüngülləşdirici hal kimi sayıla bilər. Bu isə şəxsin məsuliyyətdən azad olunmasına kifayət etmir. Yüngülləşdirici hal belədir ki, maddə üzrə nəzərdə tutulan maksimumdan 1-2 il az iş verirlər. Hüquqi imkan var ki, sanksiyada göstərilənlərdən də aşağı hədd verilsin. Məsələn, belə olarsa, aşağısı 3 ildirsə, 2 il verilir. Ümumilikdə isə bu maddə ilə işə xitam verilməsi, bəraət verilməsi və ya məsuliyyətdən tam olaraq yayınmasına qanun icazə vermir. Cəza mütləq hansısa səviyyədə qalmalıdır”.

"YM"

Şərhlər

XƏBƏR LENTİ