SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu gün Milli Qəhrəman Çingiz Babayevin doğum günüdür

Bu gün Milli Qəhrəman Çingiz Babayevin doğum günüdür

Tarix:

2-10-2017, 11:10

/ 40 536 dəfə oxundu.
Bu gün Milli Qəhrəman Çingiz Babayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, erməni terrorizmi zamanı qəhrəmanlıq göstərmiş və şəhid olmuş Çingiz Babayevin doğum günüdür.

Çingiz Babayev 2 oktyabr 1964-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, Yasamal rayonundakı 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olub. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis vəzifəsində işləyən Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olub. O "N" saylı hərbi hissədə qərargah rəisi vəzifəsində çalışıb.

28 oktyabr 1995-ci il... Bakı metropoliteni həmişəki iş rejimi ilə işləyirdi. "Ulduz" və "Nəriman Nərimanov" metrostansiyaları arasında hərəkət edən qatarda yanğın baş verdi və bütün qatarı alov bürüdü. Çingiz də bu qatardakı sərnişinlər arasında idi.

O, fəryad edən soydaşlarımıza kömək etmək qərarına gəlir və vaqonlarda olan insanları xilas etməyi bacarır, onlarla insan bu faciədən xilas olur. Başqalarının həyatını xilas edən Çingiz öz həyatını qurban verir.

Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1995-cı il tarixli, 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakının Yasamal rayonu ərazisindəki qəbiristanlıqda dəfn edilib. Onun şərəfinə "Ulduz" metrostansiyasında abidə kompleksi ucadılıb.

Şərhlər

XƏBƏR LENTİ