XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » DSX-da ayrı-seçkilik salan generallar kimlərdir?

DSX-da ayrı-seçkilik salan generallar kimlərdir?

DSX-da ayrı-seçkilik salan generallar kimlərdir?
6-02-2017, 10:40

Keçmiş sərhədçi Emil Cəfərovun kompensasiyası hansı məqsədlə verilmir?

Bu günlərdə ölkə mətbuatında 10 ilə yaxındır DSX-dən təqaüdə çıxan, amma məzuniyyətə çıxmadığı günlərə görə kompensasiya ala bilmiyən E.Cəfərov bildirib ki, bir neçə il ərzində dəfələrlə DSX-yə şifahi və yazılı olaraq müraciət edib: “Hər dəfə də deyirlər ki, növbəti rübdə kompensasiya sənə veriləcək. Lazım olan sənədləri toplayıb təqdim edirəm, bankda hesab açdırıram, amma yenə də 180 gündən çox yığılan məzuniyyət günlərinə görə təzminat ala bilmirəm. E.Cəfərov qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına, həmçinin Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli qərarına əsasən, DSX ona məzuniyyətə çıxmadığı günlərə görə müvafiq məbləği ödəməlidir: “Dəqiq rəqəm deyə bilmərəm, bunu ancaq maliyyə şöbəsi hesablayıb müəyyən edə bilər.

Vaxtaşırı müəyyən şəxslərin ya tanışlıqla, ya da müxtəlif yerlərə ardı-arası kəsilməyən müraciətlərdən sonra o pulu aldığını eşidirəm. Bu yaxınlarda 7 nəfər məzuniyyət günlərinə görə ödənişi alıb. Onlardan biri tanışımdır, həmin şəxs neçə ildir PA-dan Ombudsman Aparatına qədər müxtəlif yerlərə şikayət etmişdi. Yəqin ki, mən də hələ çox müraciət yazmalı olacam. Hər il DSX rəhbərliyinə yazılı müraciət edirəm, nəticəsi yoxdur”.
DSX-nin mətbuat xidmətinin əməkdaşı Namiq Cəlilov bir neçə gün əvvəl bildirmişdi ki, qurumun pulu var və vaxtaşırı kompensasiyalar ödənilir”.
Həmçinin, N.Cəlilov məsələ ilə maraqlanıb məşğul olacağını da qeyd eləmişdi. Lakin E.Cəfərov hələ də DSX-dən hər hansı zəng olmadığını deyib. O qeyd edib ki, DSX rəhbəri Elçin Quliyevin tezliklə məsələyə müdaxilə edəcəyinə, bu məsələnin həllinə kömək göstərəcəyinə ümid edir: “Yəqin ki, ona demirlər, gizlədirlər... Əminəm ki, cənab general bu məsələdən xəbər tutsa, biganə qalmaz. Maliyyə şöbəsinin vəsaitlə bağlı problemi varsa, müəyyən siyahı tərtib etsin, biz də növbəmizi bilək, gözləyək. Lakin hər dəfə “gələn rüb” deyib bizi ümidləndirmələri doğru deyil”.
Bu günlərdə araşdırma apararaq, bəzi maraqlı məlumatlar əldə etdik. Belə ki, hazırda Dövlət Miqrasiya Xidmətinin rəisi olan Firudin Nəbiyev 2012-ci ilədək DSX rəisinin 1-ci müavini olub. 2012-ci ildəki transferdən sonra, F.Nəbiyev DSX-dən DMX-yə bir xeyli işçi gətirdib. Hətta ölkə mətbuatında Firudin Nəbiyevin məhz Elçin Quliyevin kadrı olduğu ilə bağlı çox yazılar dərc olunub. Əldə etdiyimiz bəzi məlumatlara görə, DSX-də xidmət edən vaxt kim Elçin Quliyevin kadrı oldusa, həmin şəxs hətta xidmətin başa vurduqdan sonra DMX-də xidmətini davam etdirə də bilər. Yox, əgər kimsə təsadüfən gəlib DSX-yə düşübsə, deməli, həmin şəxs vaxtından əvvəl təqaüdə çıxacaq və hətta məzuniyyətə çıxmayan günlərin pullarını da ala bilməyəcək.
Araşdırmalarmız nəticəsində bəlli oldu ki, DSX-dən DMX-ə transfer olunanların içində sonradan DMX-də general olanlarda olub. Olsun, biz anlayırıq ki, onlar Elçin Quliyevin kadrları olduğu üçün general olmağa nail olublar. Hətta bunu yazıb qeyd edəndə Eldar Mahmudovun yaxın qohumu olan ən gənc general Vüqar Allahquliyev yadıma düşdü. Vaxtilə general rütbəsində gəzərkən, “biz hakimiyyətdəyik” deyərək, Xətai rayonunda yaşadığı məhəllənin sakinlərini zəhmiylə vahiməyə salırdı... İndi isə üzü saqqallı, bekar, işsiz qalan general məhəllənin qarovulçularına zəng edib baş-beyinlərini aparır ki, ay nəbilim su niyə kəsildi, işıq niyə keçdi... Bu yerində dayanaq və qayıdaq E.Quliyevin kadrı olmuyanlara.
Yaxşı bu şəxsləri general etmirsinizsə, heç olmasa təqaüdə çıxandan sonra məzuniyyətə çıxmayan günlərin pullarını verin. Hörmətli generallar! Yoxsa gözləyirsiniz ki, nə vaxtsa sizi də təqaüdə göndərəcəklər və Vüqar Allahquliyev kimi yaşadığınız məhəllənin qarovulçularının baş-beyinlərini aparacaqsınız?
Təqaüdə göndərilmək hamı üçün var, ancaq biri var dövlət içində dövlət yaratmağa çalışan Eldar Mahmudov kimi, biri də var dövlətçiliyimizə daim sadiq olan sabiq nazir Namiq Abbasov kimi təqaüdə göndəriləsən...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.