SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şəmsəddin Hacıyevin xəstələndiyi xəbəri yayıldı

Şəmsəddin Hacıyevin xəstələndiyi xəbəri yayıldı

Tarix:

28-09-2017, 08:52

/ 40 222 dəfə oxundu.
Şəmsəddin Hacıyevin xəstələndiyi xəbəri yayıldı

Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) sabiq rektoru, deputat Şəmsəddin Hacıyevin səhhətində problemlərin yaşandığı haqda məlumat yayılıb. Bildirilir ki, hazırda müalicə alan sabiq rektor səhhətinin düzəlməsi üçün reabilitasiya prosesi keçir. Ş.Hacıyevin ev şəraitində müalicə olunduğu da bildirilir. Yayılan xəbərlərə münasibət öyrənmək üçün Ş.Hacıyevə telefon açdıq. Lakin sabiq rektorun telefonu qapadılmışdı. Bununla belə, hörmətli Ş.Hacıyevin münasibətini də dərc etməyə hazır olduğumuzu qeyd edirik.
Ş.Hacıyevin səhhətində ağırlaşmaların onun ADİU-ya rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı cinayət işi başlanmasından sonraya təsadüf etməsi birmənalı qarşılanmayıb. Sabiq rektorun səhhətində problemlərin məhz ADİU-da baş verən böyük maliyyə maxinasiyalarının üzə çıxarılmasından sonra baş qaldırması da söz-söhbətlərin yaranmasına gətirib çıxarır. Belə söhbətlər gəzir ki, Ş.Hacıyev başlanmış cinayət işinin onun üçün heç bir yaxşı nəticə vəd etmədiyini anlayır. Yada salaq ki, ADİU-ya dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsində böyük maxinasiyalar üzə çıxarılıb. ADİU-dakı yoxlamaların nəticəsi olaraq Hesablama Palatasından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan hesabat araşdırılıb. İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ADİU-nun ölkənin ən korrupsiyalaşmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da 2014-cü ilin martında rektor dəyişikliyi olub. Ş.Hacıyevin rektorluğu dövründə bu gün gündəmi zəbt edən məlumatlar mətbuatda dəfələrlə tirajlanmışdı. Rektor olduğu illərdə Ş.Hacıyev ailə üzvlərinin - həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu “Turan-2009" MMC, ”İqtisadçı" MTK və digər şirkətlər vasitəsilə ADİU-da milyonlarla manatlıq “əməliyyat” aparıblar. Universitetdə aparılan “maliyyə əməliyyat”ların 90 faizi qanunvericiliyin əksinə olaraq, tendersiz baş verib.
Yəni Ş.Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı olmadan böyük pulların mənimsənildiyi əməliyyatları özbaşına həyata keçirib. Vaxtilə yazdıqlarımızdan sitat: “Məsələn, 2011-ci ildə 166 min 822 manatlıq, 2012-də 136 min 748 manatlıq tender keçirildiyi halda, 2013-cü ildə 11 milyon 29 min 907 manatı guya müxtəlif işlərə xərcləyiblər. Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisi adı ilə təyinatından yayındıraraq, mənimsəyiblər. O, hətta o qədər irəli gedib ki, həyat yoldaşının təsisçi, qardaşı oğlunun direktor, baldızı qızının isə baş mühasib olduğu ”Turan" MMC vasitəsilə 3 il ərzində oxşar əməliyyatlarla 11 milyonu universitetin hesabından çıxarmağa da nail olub. Şəmsəddin Hacıyev universitetin Dərbənd filial vasitəsilə də böyük oyunlar oynayıb. Onun bu filial vasitəsilə hər tələbədən 35-50 min manat alaraq həyata keçirdiyi saxta qəbullar bir yana qalsın, bu adam Dərbənddə universitetin adı ilə torpaq dəllallığı da edib. Bu fakt 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi tərəfindən də təsdiqlənib. Məhkəmənin qətnaməsində bildirilib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirib. Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün torpağın bir hissəsi böyük məbləğə universitetə satılıb. İşdə Şəmsəddin Hacıyevin kürəkəni Seymur Orucovun da adı keçirdi. O dövrdə iş o yerə çatıb ki, Dağıstan rəsmiləri universitetin Dərbənd filialının hansı məqsədlə yaradılması ilə bağlı Azərbaycan Təhsil Nazirliyini çətin suallar qarşısında qoymuşdu".

Mövzuya qayıdacağıq.
musavat.com

Şərhlər

XƏBƏR LENTİ