SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məcburi köçkün Prezidentə müraciət edib

Məcburi köçkün Prezidentə müraciət edib

Tarix:

26-09-2017, 14:59

/ 55 648 dəfə oxundu.
Məcburi köçkün Prezidentə müraciət edib

Qubadlı rayonundan məcburi köçkün olan ana oğlunun qanunsuz həbs edilməsi ilə bağlı Prezidentdən və Baş Prokuror Zakir Qaralovdan kömək istəyir

Qubadlı rayonundan məcburi köçkün olan Ədibə Qasımova oğlu Məftun Bayramovun barəsində Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işi ilə bağlı baş verən qanunsuzluqlarla bağlı artıq bütün hüquq mühafizə orqanlarına etdiyi şikyətlərin heç bir nəticəsi olmadığını görüb son ümid yeri kimi ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıb.
Bayramov Məftun Eldar oğluna qarşı Bakı Şəhər Prokurorluğunda aparılan istintaqla bağlı Aərbaycan Respublikası CM-nin 149.2.5, 150.2.5, 182.2.2-ci maddələri ilə ittiham verilmişdir, İttihamda qeyd olunur ki, Fidan, (ad şərtidir), adlı qızı 2015-ci ilin sentybr ayında köməksiz vəziyyətə salaraq zorlayıb və ona qarşı digər seksual xarakterli hərəkətlər edib.

Ədibə Qasımovanın bildirdiyinə görə, həmin qızla oğlu Məftun sevgili münasibətlərində olub, münasibətləri 1 il davam edib və bu münasibətlər ər arvad münasibətlərinə kimi inkişaf edib. Rəsmi nikah olmasa da, dini kəbin kəsdiriblər. Münasibətdə olduqları müddət ərzində həmin qız Məftunun həyat yoldaşı qismində Respublikanın müxtəlif rayonlarında – Cəlilabadda, İsmayıllıda, Şirvanda Məftunun tanışlarının dostlarının evində qonaqlayıblar. Hətta dostlarının qohumları da onları ər arvad qismində öz evlərinə aparıblar. Bütün bu faktlar həmin şəxslərin ifadələri ilə tam təsdiq olunur.

Ədibə Qasımova bildirib ki, işin vacib məqamı ondan ibarətdir ki, Fidan Məftunun arvadının əmisi qızıdır və hər iki ailə onların münasibətlərindən xəbər tutduqdan sonra, Məftunun qayınatası ilə qızın atası arasında, yəni iki qardaş arasında münasibətlər pozulub. Qızın atasının Məftundan qisas almaq məqsədilə əsassız şikayətləri və sifarişi əsasında Məftunu həbs etdirib.

Əqibə Qasımova oğlunun həbsinin sifarişli və qanunsuz olmasını onunla əsaslandırır ki, 2016-cı ilin dekabr ayında edilmiş ilkin şikayətlər Binəqədi Rayon Prokurorluğunda aralıb və Məftunun əməlində cinayət tərkibi olmaması təsdiq olunduğundan cinayət işinin başlanması rədd edilib. Bundan sonra məlum olmayan səbəblərdən, hər hansı yeni sübut əldə edilmədiyi halda Bakı Şəhər Prokurorluğunda cinayət işi açlıb və müstəntiq Cavid Abasov 2017-ci ilin avqust ayının 14-də Məftunu həbs edib.

Ədibə Qasımova həmçinin bildirir ki, baş vermiş haqsızlıqla bağlı dəfələrlə Bakı Şəhər Prokurorluğunun rəhbərliyinin qəbuluna girib, öz şikayətini çatdırmaq istəsə də, ona imkan verilməyib.

Ölkə rəhbəri cənab İlham Əliyev bütün çıxışlarında dövlət məmurluruna xalqın problemlərini vaxtında araşdırma aparılmasını dair göstəriş verməsinə baxmayaraq, Ədibə Qasımova ona münasibətdə ölkə rəhbərinin göstərişinin icra olunmamasından narahatçılıq keçirir və bu məqsədlə bütün baş verənlərlə bağlı artıq cənab Prezidentə şikayət etdiyini bildirir.

Şərhlər

XƏBƏR LENTİ