“Polisə şikayət etmə, pulunu verəcəm” – Turizm agentliyində fırıldaqçılıq
İyun ayında "Discover World Travel" vasitəsilə Türkiyəyə getmək üçün müraciət edən müştərilərdən biri şirkətin dələduzluğu ilə üzləşib. Tur paket almaq üçün müraciət edən vətəndaş şirkətin onun pulunun bir hissəsini mənimsəməkdə ittiham edib: "Türkiyəyə getmək üçün "Discover World Travel"ə müraciət etdik. Pulun yarısını verdim və qalan digər hissəni ödəmək üçün getdikdə gördüm ki, digər müştərilər yığışaraq, pulunu tələb edir. Bu işlə məşğul olan Nərminə Əliyeva ( Dadaşova) camaata yalandan şengen vizası, Türkiyəyə tur paket vermək adı ilə pullarını mənimsəyib. Belə əməllərinə baxmayaraq, o hələ də azadlıqdadır. Mənə isə deyir ki, polisə şikayət etmə, pulunu verəcəm. Artıq 3-4 aydır ki, heç bir məlumat yoxdur. Polisə xəbər etmişəm, ancaq bununla bağlı heç bir tədbir görülmür".
PrimeTime.az


İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb