SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kərimdən nazirlərə MÜRACİƏT: "Özümü öldürəcəm, bezdim məni hədələyən Mehribanın əlindən"

Kərimdən nazirlərə MÜRACİƏT: "Özümü öldürəcəm, bezdim məni hədələyən Mehribanın əlindən"

Tarix:

3-02-2017, 22:58

/ 3 842 dəfə oxundu.
Kərimdən nazirlərə MÜRACİƏT: "Özümü öldürəcəm, bezdim məni hədələyən Mehribanın əlindən"

Müğənni Kərim Abasov Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubova və Ədliyyə Naziri Fikrət Məmmədova açıq məktub ünvanlayıb.

Həmin məktubu təqdim edirik:

"Hörmətli Nazirlər, mən azad Azərbaycan Respublikasının azad vətəndaşıyam. Amma bəzi adamların əlindən azad yaşaya bilmirəm. Mənə hədə-qorxu gəlirlər, bezdim... Özümə qəsd dərəcəsinə çatdırıblar məni. Məhkəmənin çıxardığı qərara əsasən Xanlarova Mehriban Aslan qızından sosial şəbəkədə üzr istədim. Lakin o, məni tutdurmaqla hədələyir. Bilmirəm bu insanın arxasında hansı hakim durub ki, hər kəsdən məhkəmə yolu ilə istədiyi pulu alır və istədiyi insanı həbs etdirməklə hədələyir. Mən başa düşmürəm ki, bu qadın aktrisadır yoxsa qanun? Bu insan görün özünə necə arxayındır ki, səbəbi olmadan "səni tutduracağam" deyir. Və məhkəmə qərarı ilə bütün qərarları öz istədiyi kimi çıxartdırır. Mənim Azərbaycan respublikasında bəlli nüfuzum var. Bu insan mənim nüfuzumu yerə vurmaq istəyir. Axı niyə? Kim bu qadına bu ixtiyarı verib? Mən bütün dövlət tədbirlərində fəal iştirak edən sənətçiyəm. Mən indiyə kimi Azərbaycan respublikasında qanun çərçivəsində yaşayan bir vətəndaş olmuşam. Amma bu qadının əlindən yaşaya bilmirəm. Mənə kömək etməyinizi rica edirəm. Mehriban Xanlarovanın etdiyi monarxiyaya son qoymağınızı xahiş edirəm".

Şərhlər

XƏBƏR LENTİ