SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlyas Səfərov Elmar Vəliyevi niyə qəzəbləndirdi?- Təfərrüat

İlyas Səfərov Elmar Vəliyevi niyə qəzəbləndirdi?- Təfərrüat

Tarix:

3-02-2017, 22:49

/ 4 492 dəfə oxundu.
İlyas Səfərov Elmar Vəliyevi niyə qəzəbləndirdi?- Təfərrüat

Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevlə Şirvan Meşə - Meliorasiya İdarəsinin müdiri İlyas Səfərovun münasibətləri gərginləşib. Münasibətlərin gərginləşməsinə səbəb isə Elmar Vəliyevin qohumu, həm də iş ortağı olduğu iddia olunan İlyas Səfərovun yeyib-içmək məclisində yaxın zamanlarda Kürdəmir RİH-nin başçısı vəzifəsinə getmək şansının olduğunu deməsi olub.

Daxil olan məlumata görə, Elmar Vəliyevin dar bir çevrədə səsləndirdiyi sözü İlyas Səfərovun başqa bir məclisdə səsləndirməsi və sonradan bu sirrin ölkə mətbuatında tirajlanması Elmar Vəliyevi bərk qəzəbləndirib. Qəzəblənən başçı İlyas Səfərovu ehtiyatsız hərəkətinə görə xeyli danladıqdan sonra daha bu məsələnin onun üçün (İlyas Səfərov üçün-red) əbədi bir xəyal olduğunu və bir daha bu barədə heç bir yerdə danışmamağı məsləhət görüb.

Qeyd edək ki, İlyas Səfərovun Şirvan Meşə - Meliorasiya İdarəsinin müdiri vəzifəsində işlədiyi müddətdə dövlət büdcəsindən ayrılan iri həcmdə vəsaitlər səmərəsiz xərclənildiyi, su kanallarının və drenajların isə lildən təmizlənməsi prosesinin həyata keçirilmədiyi barədə xeyli yazılar yazılıb.

Bundan əlavə İlyas Səfərov daha əvvəllər Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri vəzifəsində işləyəndə də adı korrupsiya qalmaqalında hallanıb. İlyas Səfərovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından sui-istifadə etdiyi və açıq şəkildə heç kəsdən çəkinmədiyi də söylənilir.

Ümumiyyətlə İlyas Səfərovun əməlləri ilə bağlı bir çox məlumatlar mövcuddur. Bildirilir ki, Şirvan Meşə-Meliorasiya İdarəsi milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyi rəsmi orqanlardan birinə çevirilib. Mediada yayılan məlumatlarda qeyd olunur ki, idarə guya müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən vəsaitlər isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Şirvan Meşə-Meliorasiya İdarəsinin özünə qaytarılır. Bundan başqa, İlyas Səfərovun digər gəlir mənbəyi kimi isə idarənin balansında olan müxtəlif texnikanın icarəyə verilməsi göstərilir İcarəyə verilən texnikaların hesabına böyük pullar qazanır. Bütün bunlar azmış kimi, ötən ilin ortasında İlyas Səfərovun Şirvan Meşə-Meliorasiya İdarəsinin işçilərinin maaşlarını bir ay kəsdiyi, həmin vəsaiti isə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyinə çatdırdığı barədə məlumatlar yayılmışdı. İlyas Səfərovun hal-hazırda böyük biznesinin olduğu deyilir. Təkcə onun şəxsi avtomobilinin qiymətinə diqqət etdikdə deyilənlərin həqiqət oldu tam çılpaqlığı ilə aydın görünür.

Xatırladaq ki, Kürdəmirin hazırkı icra başçısı Ceyhun Cəfərovun hakimiyyətdə nüfuzunu tamamilə itirdiyi bildirilir. Mətbauatın yazdığına görə hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumu olan Ceyhun Cəfərovun öz qohumunun bir sıra qanunsuz əməllərinə ortaqlıq edib.

Onu da xatırladaq ki, bu gün Vidadi Zeynalovun 43 milyon manatlıq mülkünün siyahısı mətbuatda dərc olunub.

Həmin məlumatlarla bu linkdən - http://qlobal.az/hebsde-olan-vidadi-zeynalovun-fantastik-sayda-mulkleri-43-milyonluq-emlakin-tam-siyahisi-eksklziv/ - tanış ola bilərsiz.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

qlobal

Şərhlər

XƏBƏR LENTİ