Şeyxin oğlu ölkədən getdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birlidə ölkəni birdəfəlik tərk edib.
Ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb.
Məlumata görə, Şeyxin yeganə oğlu İstanbul şəhərində ev alıb. Onun Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərib.
Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqləyib:
“Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi”.
Q.Salahzadə Məhəmməd Paşazadənin gedişinin müvəqqəti olmadığını deyib:
“Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm”.
Bir müddət öncə Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə mətbuata açıqlamasında Şeyxin varisinin onun oğlu olduğunu bildirmiş və bu fikirləri rezonans doğurmuşdu.
Bir neçə gün öncə isə Şeyxin Karlovı Varıda bir xanımla şərikli biznesinin olması ilə bağlı xəbərlər yayılıb.
Məlumat üçün bildirək ki, Məhəmməd Paşazadə Şeyxin yeganə oğludur. O, Azərbaycanda da məşhur olmuş türkiyəli iş adamı Əli Evsenin qızı ilə evlidir.
Şeyxin Məhəmməddən başqa 5 qız övladı var.
ölkə.az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur