SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Generalın çənə sındıran oğlu cəmi 2 ay “yatıb” azadlığa çıxır?

Generalın çənə sındıran oğlu cəmi 2 ay “yatıb” azadlığa çıxır?

Tarix:

15-09-2017, 09:17

/ 87 574 dəfə oxundu.
Generalın çənə sındıran oğlu cəmi 2 ay “yatıb” azadlığa çıxır?

Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə xuliqanlıqda ittiham olunan Rüstəm Orucovun və Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Bu barədə vəkil Kamandar Nəsibov məlumat verib.

Vəkilin sözlərinə görə, zərərçəkmiş Sənan Səmədov məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərdən şikayət və tələbi olmadığını bildirib: “Məhkəmədə zərərçəkmiş və iş üzrə dindirilən üç şahid - Elçin Ağayev, Elxan Xəlilov və Əsgər Qasımov qeyd etdilər ki, baş vermis hadisədə Pərviz və Kənanın heç bir iştirakı olmayıb. Onlar yalnız hadisə baş verəndən sonra həmin əraziyə gəliblər. Eyni zamanda, orada ictimai asayişin pozulması da olmayıb. Kimin kimi vurduğunu həmin şəxslər görməyiblər. Bir də baxıblar ki, Sənan yıxılıb. Baş vermis hadisə cəmi 20-25 saniyə çəkib”.

Vəkil bildirib ki, bu məsələ yalnız inzibati qaydada həll olunmalıdır.

Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Generalın oğlunun sürücünü döyüb xəsarət yetirməsi üzrə məhkəmə istintaqı cəmi iki gün əvvəl başlamışdı və proses ildırı sürəti ilə yekunlaşır. Və məhkəmə baxışının gedişatından belə qənaətə gəlmək olar ki, bundan əvvəl yüksək sürətlə avtomobil idarə edərək piyadanın ölümü ilə nəticələnmiş, bu cinayətə görə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 3 il həbslə (ehtimal ki, əslində generalın oğluna müəssisənin səmtinə belə hərlənmədən cəza müddətini başa vurub) cəzalandırılmış Rüstəm Orucovun sonuncu əməlinə-sürücünün çənəsini vurub sındırmağa görə şərti cəza ilə yaxasını qurtaracaq. Ehtimal ki, sürücünün şikayətçi olmamasını və "digər yüngülləşdirici halları" nəzərə alaraq onu şərti cəza ilə sərbəst buraxacaqlar.

Şərhlər

XƏBƏR LENTİ