SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır? - İDDİA

Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır? - İDDİA

Tarix:

13-09-2017, 10:27

/ 37 419 dəfə oxundu.
Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır? - İDDİA

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın vəzifəsindən çıxarılacağı barədə Təhsil Nazirliyinin dəhlizlərində söz-söhbətlər dolaşır.

Gülçöhrə Məmmədovanın əlaqələrinin zəifləməsini,ləğv edilmiş Nəqliyyat Nazirliyində birinci müavin olmuş qudası Musa Pənahovun artıq yüksək vəzifədə işləməməsini əsas götürənlər xanım rektorun qarşıdakı aylarda işdən çıxarılacağına dair bəzi mülahizələlər irəli sürməkdədirlər.

Bizə gəlincə, Gülçöhrə Məmmədovanın hansı səbəbdən işdən çıxarılacağına dair dəqiq məlumatımız yoxdur. Onu da bildirməyi məqsədəuyğun hesab edirik ki, xanım rektorun adı indiyədək hansısa çirkli işdə hallanmayıb və ona müəyyən dairələrdə hörmət də var. Bu səbəbdən onun yaxın vaxtlarda rektor vəzifəsindən çıxarılacağı inandırıcı görünmür.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Gülçöhrə Məmmədovanın özü ilə əlaqə yaratmaq istəsək də, mümkün olmadı.

Faktinfo.az

Şərhlər

XƏBƏR LENTİ