Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonunda yaşayış məntəqələri, məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi xidmətləri üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “MİNT SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.489.348,8 manat dəyərində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 21.07.2026-cı ildə dərc edilmişdir.
Qeyd edək ki, bu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “MİNT SERVİCES” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında son illər bir neçə müqavilə bağlanılmışdır.
Xankəndi şəhərinin və Xocalı rayonunun həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinə qulluq xidmətlərinin satın alınması üzrə 2.165.351,02 manat dəyərində müqavilə 16.01.2026-cı ildə bağlanılıb. .
Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq üzrə 2.989.889,29 manat dəyərində müqavilə 01.04.2025-ci ildə bağlanılib.
Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq üzrə 932.169,6 manat dəyərində müqavilə 16.12.2024-cü ildə bağlanılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətlərinin satınalınmasıı üzrə 677.944,02 manat dəyərində müqavilə 19.08.2024-cü ildə bağlanılıb.
Göründüyü kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü ilin avqustundan bu yana, yəni iki il ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə “MİNT SERVİCES” MMC ilə ümumi dəyəri 8 254 701 manat olan 5 satınalma müqaviləsi bağlamışdır.
Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti göstərilən müqavilələri ərazidə prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətləri üzrə bağlayıb. Maraqlıdır, “MİNT SERVİCES” MMC -nin bu sifarişləri yerinə yetirmək üçün maddi texniki bazası varmı?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNT SERVİCES” (VÖEN: 1702104551) Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.02.2017-ci il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.609, GLOBUS CENTER, 7-Cİ MƏRTƏBƏ, qanuni təmsilçisi kimi isə Hümmətov Aqil Habil oğlu qeyd olunub. MMC-ni müxtəlif vaxtlarda İsmayılova Gülər Füzuli qızı da təmsil edib.
MMC barədə rəsmi məlumatlar ancaq bu qədərdir.Açıq mənbələrdə “Mint Services” MMC haqqında heç bir məlumat yoxdur. Son iki ildə milyonlarla manat dəyərində tenderlər udan şirkətin nə rəsmi internet səhifəsi, nə də əlaqə telefonlarına rast gəlinir. Amma internetdə müxtəlif platformalarda təmizlik işinə dair vəzifələrə vakansiya elanlarının verildiyini aşkar etdik.
Göründüyü kimi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti fəaliyyəti başdan ayağa şübhələr içində olan bir MMC ilə son iki ildə səkkiz milyon manatdanm çox dəyəri olan müqavilələr bağlamışdır. Bu müqavilələrin dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, bir mənbədən satınalma metodu ilə bağlanılması MMC-nin arxasında yüksək çinli vəzifəlilərin durduğunu göstərir.
Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Telman Kərimlidir. O, sözügedən vəzifəyə 2024-cü ilin aprelində təyin edilib. Daha əvvəl “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitunun direktoru vəzifəsində çalışıb. Azərbaycanda memarlıq və bərpa-konservasiya sahəsində tanınmış mütəxəssislərdən biridir. Azərbaycan Respublikasının Əməkdar mühəndisi, memarlıq üzrə fəlsəfə doktorudur.
Aktualinfo.net

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var